ADP iqtidari sərbəst toplazma azadlığını təmin etməyə çağırdı

img

05-04-2010 [03:37]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, İdarə Heyəti üzvləri öncə qəza nəticəsində həlak olan Azərbaycan hərbçilərinin vəfatından dərin üzüntü keçirdiklərini ifadə edib, bu faciəli hadisənin ordumuz və bütövlükdə xalqımız üçün ağır itki olduğunu ürək ağrısı ilə qeyd edib və həlak olanların yaxınlarına baş sağlığı verib. Partiya yetkililəri bu qəza da daxil olmaqla son vaxtlar ordumuzda baş verən ölüm hadisələrini doğuran səbəblər haqqında ordu rəhbərliyinin nəticə çıxarmasının vaxtı çatdığını diqqətə çatdırıb və hakimiyyəti bir daha bu cür hadisələri doğuran səbəbləri aradan qaldırmaq üçün ciddi islahatlar aparmağa çağırıb. Prezident admnistrasiyasının rəhbəri R.Mehdiyevin Türkiyə səfərinə diqqət çəkən İdarə Heyəti üzvləri bu səfərin son vaxtlar iki qardaş ölkə arasında yaranmış anlaşılmazlıqlara aydınlıq gətirilməsi və hər iki ölkənin strateji maraqlarına uyğun hədəflərə birgə çatması baxımından əhəmiyyət kəsb etdiyini bildirib və hakimiyyəti Azərbaycan və Türkiyə münasibətlərini daha yüksək səviyyədə qurmağa çağırıb. İdarə Heyətində eyni zamanda Azərbaycan Türkiyə münasibətlərində problem yaradan amillərin (PKK-nın terrorist təşkilat olaraq rəsmən tanınması, viza rejiminin götürülməsi və şəhidlər xiyabanındakı türk əsgərlərinin məzarlığında bərpa işlərinin aparılması və s.) tezliklə aradan qaldırılmasının vacibliyini qeyd edilib. İdarə Heyəti üzvləri Rusiyada baş verən terror hadisələrindən narahat olduğunu bildirib və dinc insanlara qarşı yönələn bu qanlı terrora qarşı mübarizədə bütün beynəlxalq güclərin birgə mübarizə aparmasının vacibliyini diqqətə çatdırıb. İdarə heyəti üzvləri hakim partiya yetkililərinin sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasına yönələn aqressiv münasibətlər sərgiləməsini qətiyyətlə pisləyib, vətəndaşların konstitusiya ilə onlara şamil edilən hüquqlarının qarşısını almağa yönələn bu cür hərəkətlərin yolverilməz olduğunu diqqətə çatdırıb və kütləvi aksiyalarla bağlı müraciətlərə müsbət cavab verməyə çağırıb. Eyni zamanda prezident aparatının ictimai-siyasi şöbəsinin müdiri Ə.Həsənovun seçki komissiyalarının tərkibində və seçki qanunvericiliyində hakimiyyətin heç bir dəyişikliklər etməyəcəyi barədə səsləndirdiyi bəyanata münasibət bildirən toplantı iştirakçıları bu cür bəyanatların sağlam siyasi düşüncəyə xidmət etmədiyini qeyd edib, hakimiyyəti bütün siyasi qüvvələrin etimad göstərdiyi seçki komissiyalarının formalaşdırılması və seçki qanunvericiliyinə demokratik, ədalətli və şəffaf seçkilər keşirilməsinə imkan verən dəyişikliklər etməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA