Mədəniyyətimiz Tibb Tələbələri Assosiasiyalarının Beynəlxalq Federasiyasının 59-cu Baz Assembleyasında

img

05-04-2010 [12:50]


Mart ayında Taylandın Bankok şəhərində Tibb Tələbələri Assosiasiyalarının Beynəlxalq Federasiyasının (International Federation of Medical Students Associations) 59-cu Baş Assambleyası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, dünyanın 85 ölkəsindən 750 tibb tələbəsinin iştirak etdiyi assambleyada Azərbaycanı ?Həkimlər və Təbi Tələbələr? İctimai Birliyinin tibb tələbələri bölməsinin rəhbəri Murad Əlibəyov, ictimai səhiyyə üzrə əlaqələndirci Nərgiz Hacıyeva və birliyin üzvü Qıztamam Babayeva təmsil ediblər. Azərbaycan nümayəndə heyətinin Assembleyada iştirak etməsinin əsas məqsədi ölkəmizi, mədəniyyətimizi, adət-ənənələrimizi nümayiş etdirmək dünyanın müxtəlif olkələrinin tibb tələbələri ilə əməkdaşlıq edib dostluq əlaqələri yaratmaqdan ibarət idi. Bu məqsədlə Azərbaycanın milli geyimlərini nümayiş etdirmiş, milli musiqi sədaları altında rəqslər nümayiş etdirilmiş, Azərbaycana məxsus şirniyyatlar iştirakçıları paylanmış, ölkəmizin inkişafını, siyasətini, adət-ənənələrini, milli yeməklərini, gözəl guşələrini özündə əks etdirən çap məhsulları, kitabçalar, suvenirlər paylanmışdır. Bundan başqa yay aylarında dünyanın müxtəlif ölkələrində 1 aylıq təcrübə keçmək üçün seçilən 40-a yaxın Azərbaycan tələbəsinin sənədlərini qarşı ölkə nümayəndələrinə təqdim edilmiş və onların 1 aylıq təcrübə keçməsi təsdiqlənmişdir. Azərbaycan gənclərinin bu beynəlxalq qurumda iştirakını şərtləndirən əsas məqamlar - dünyanın müxtəlif ölkələri ilə qurulan əlaqələri, müxtəlif ölkələrdə təcrübə keçən tələbələrimizin müasir dünyabaxışlı həkimləri kimi əldə etdikləri bilikləri ölkəmizdə səhiyyənin inkişafına yənəltmək və tibb tələbələrinin beynəlxalq şəbəkəsinin qurulmasına nail olmaqdır. Federasiya 26-28 May 1951-ci ildə Kopenhagendə 8 ölkənin (İsveç, Danimarka, Norveç, Finlandiya, Almaniya, İspaniya, İngiltərə və İtaliya) nümayəndələri tərəfindən yaradılmışdır. Federasiyanın əsas məqsədi kimi professional sahədə tibb tələbələrinin əməkdaşlığının dəstəklənməsi və həvəsləndirilməsidir. Hazırda Federasiyada 100 ölkədən 102 üzv təşkilat təmsil olunur . Federasiya Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən rəsmən tanınır və dünya üzrə 1 milyona yaxın tibb tələbləsini təmsil edir. Azərbaycanı bu qurumda 2004-cü ildən ?Həkimlər və Təbib Tələbələr? İctimai Birliyi (www.azermds.org) üzvülüyə namizəd ölkə kimi təmsil etməyə başlamışdır. 2007-ci ildən isə birlik tamhüquqlu üzvülüyə qəbul edilib. Hazırda 300-ə qədər tibb tələbəsi birliklə əməkdaşlıq edir. Birliyin əsas məqsədi Azərbaycanlı həkimlərin və təbib tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsinə, səhiyyə və ictimai sağlamlıq problemlərinin həllində aktiv iştirakına dəstək olmaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA