Müxalifətin birgə aksiya keçirmək niyyəti problemə səbəb olur

img

03-04-2010 [05:10]


?Biz AXCP ilə həm kütləvi aksiyaların keçirilməsində, həm də digər məsələlərdə əməkdaşlıq etməyə hazır olduğumuzu bəyan etmişik. Bilirsiniz ki, hələlik piketlərin keçirilməsinə başlamaq niyyətindəyik. Geniş miqyası mitinqlərin keçirilməsi məsələsi gündəmə gələndə AXCP öz mövqeyində qalsa, biz buna müsbət yanaşacağıq?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə AXCP-nin Müsavatla birgə mitinq keçirmək istəyinə münasibət bildirərkən Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. A.Hacılı onu da qeyd edib ki, digər siyasi qüvvələr, hətta ictimai birliklərin də kütləvi etiraz aksiyalarına qoşulması daha səmərəli olardı. Amma Arif bəy onu da vurğulayıb ki, hazırda birgə kütləvi etiraz aksiyaları müxalifətin birliyi mövzusuna tabe etdirməliyik: ?Çünki birlik mövzusu yenə gündəmə gəlsə, əsas mövzu- ölkədə sərbəst toplaşmaq hüququnun bərpa edilməsi, seçkiqabağı demokratik şəraitin yaradılması, seçki qanun vericiliyində islahatların aparılması yenə də ikinci plana keçəcək. Ona görə də hesab elirəm ki, bu yardımçı mövzuları gündəmə gətirməyə ehtiyac yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA