Milli Məclisin üzvləri Rusiyaya səfər edəcək

img

03-04-2010 [04:58]


Milli Məclisin komitə sədrləri Arif Rəhimzadə, Rəbiyyət Aslanova, Əli Hüseynov, deputatlardan Fəzail Ağamalı, Adil Əliyev, Məjlum Şükürov aprelin 5-dən 9-dək Sankt-Peterburqda səfərdə olacaqlar. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, burada MDB Parlamentlərarası Assambleya Şurasının iclası, Assambleyanın 34-cü plenar sessiyası, qurumun Siyasi məsələlər və beynəlxalq əlaqələr, Təhlükəsizlik və müdafiə məsələləri, İnsan hüquqları və sosial siyasət, Elm və təhsil daimi komissiyalarının iclasları keçiriləcək. Tədbirlərdə, Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsi, yerli özünüidarə orqanlarının ümumi prinsipləri, ?Əqli mülkiyyətin qorunması haqqında?, ?Elmi kəşflərlə bağlı hüquqların qorunması haqqında? model qanun layihələri və digər məsələlər müzakirə olunacaq. Səfər müddətində Böyük Vətən Müharibəsinin 65-ci ildönümünə və MDB Parlament Assmbleyası ilə AŞPA ?nın birgə təşkil etdiyi ?Avropanın gələcək təhlükəsizliyi? mövzusuna həsr olunmuş iki beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA