Milli Məclisin iclasında Siyavuz Novruzovla Pənah Hüseyn ?atızdı?lar

img

02-04-2010 [01:37]


Milli Məclisin bu gün keçirilən iclasında yenə ara qarışıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ?Müsavat? deputat qrupunun üzvü Arzu Səmədbəyli təmsil olunduğu partiyanın Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbova məktubla müraciət edərək kütləvi aksiyalar keçirilməsi üçün yer istədiklərini xatırladıb. Deputat BŞİH-dən ?yox? cavab aldıqları deyən A.Səmədbəyli bunu qeyri-qanuni addım kimi dəyərləndirib. YAP-çı deputat Siyavuş Novruzov A.Səmədbəylinin dediklərinə cavab verərək müxalifətə başqa məzmunlu tədbirlər keçirməyi məsləhət görüb: ?Azərbaycan Prezidenti 2010-cu ili ?Ekologiya ili? elan edib. Müxalifət heç olmasa, bir dəfə xeyirli iş görsünlər. Aksiya keçirməkdənsə, gedin ağac əkin. Bunun daha çox xeyri olar?. S.Novruzovla A.Səmədbəyli və ?Müsavat? deputat qrupunun digər üzvü olan Pənah Hüseyn arasında mübahisə yaranıb. A.Səmədbəyli Oqtay Əsədova müraciət edərək S.Novruzovu sakitləşdirməyi istəyib: ?Mən başa düşmürəm, axı Siyavuş Novruzov kimdir ki, belə danışır? Oqtay müəllim, onu sakitləşdirin?. Spiker isə mübahisəni yatırtmaq əvəzinə ?bəs sən kimsən? deyib, Bununla da mübahisə daha da gərginləşib. Siyavuş Novruzovla Pənah Hüseyn arasında söz atışması başlayıb. Siyavuş Novruzov: ?Sizi bu yolla bəlkə kimsə dinləyər. Nəyə lazımdır adamları parlamentin qarşısına yığıb nəsə demək? Bunlar Azərbaycanda dağıdıcılıq, ayrı-ayrı dövlətlərin təşkil etdiyi təxribatçı qrupların siyasi partiya formasında həyata keçirdiyi tədbirlərdir. Hələ bilmək olmaz ki, siz hansı terrorçu təşkilatlara xidmət edirsiniz. O aksiyalara icazə verilsə, hansı hadisələr baş verə bilər? Müxalifətin aksiya keçirmək tələblərinin qarşısı alınmalıdır. Biz Azərbaycan vətəndaşlarını qorumalıyıq. Siz isə onları təhlükəli sistemə sürükləyirsiniz?. Bu çıxışdan sonra deputat P.Hüseyn öz etirazını bildirib: ?Bu, çox ağır ittihamdır. Xahiş edirəm ki, onun dedikləri olduğu kimi stenoqrama daxil edilsin?. Spiker də yerindən danışdığına görə ona etiraz edib: ?Bir dəfə səni cəzalandırmışıq, sən yenə də yerindən danışırsan?. Etirazının nəzərə alınmadığını görən P.Hüseyn isə S.Novruzova cavab verərkən söyüşdən istifadə edib. Daha sonra Ombudsmanın hesabatını oxumağa başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA