Yevda Abramov: "Azərbaycan israil üçün mühüm tərəfdazdır"

img

01-04-2010 [04:18]


?İsrail parlamentində uydurma ?erməni soyqırımının? tanınacağı inandırıcı deyil. İki il bundan öncə bu məsələ İsrail Knessetində gündəmə gəlmişdi və aparılan iş nəticəsində onun qarşısı alındı?. Bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan ? İsrail Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Yevda Abramov deyib. Y.Abramov bildirib ki, İsrail demokratik dövlətdir və bu ölkədə çoxpartiyalı sistem mövcuddur. Uydurma soyqırımın qəbul olunmasını təklif edən MERES fraksiyası isə Knessetdə heç bir üstünlüyə malik deyil. ?Ola bilsin ki, İsrail parlamentinin müvafiq komitəsində bu məsələ müzakirəyə çıxarılsın. Amma yəqin ki, məsələ bundan irəli getməyəcək? deyə dostluq qrupunun rəhbəri deyib. Azərbaycan ?İsrail əlaqələrinin inkişaf etdiyini deyən Y.Abramovun sözlərinə görə, ötən il İsrail prezidentinin ölkəmizə səfəri əlaqələrimizin inkişafının göstəricisidir. ?Bölgədə Azərbaycan İsrail üçün mühüm tərəfdaşdır. İsrailə məlumdur ki, uydurma ?erməni soyqırımının? qəbul edilməsi münasibətlərimizə böyük xələl gətirə bilər? deyə o, qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA