Alterantiv parlamentin yaradılması təklif olunur

img

01-04-2010 [03:01]


?Müxalifətin seçkilərdə, xüsusilə də parlament seçkilərində uğur qazana bilməməsinin bir səbəbi iqtidarın bu düşərgəni zəiflətməyə çalışmasıdırsa, digər səbəbi də müxalifət liderlərinin özləri ilə bağlıdır?. Bu fikri Müstəqil İnformasiya Agentliyinə AİDP sədri Hacı Tahir Abbaslı bildirib. T.Abbaslı hesab edir ki, hansısa prosesdə uğur qazanmaq üçün müəyyən təcrübə keçilməlidir: ?İqtidar bizə seçkidə təcrübə qazanmağa, bu təcrübədən parlamentdə, digər seçkili orqanlarda tətbiq etməyə imkan vermir. Amma müxalifət də bu istiqamətdə addım atmır. Hələ 2003-cü ildə prezident seçkisindən sonra müxalifətin düşdüyü durumdan çıxması və qarşıdan gələn parlament seçkilərinə hazılaşması üçün mən alternativ parlament yaradılmasını təklif etmişdim. Amma təəssüf ki, iddialı liderlər bu təklifi nəzərə almadılar?. AİDP sədrinin fikrincə, alterantiv parlamentin yaradılması həm müxalifətin, həm də cəmiyyətin bu prosesdə təcrübə qazanması ilə nəticələnə bilər: ?Eyni zamanda müxalifət öz gücünün səviyyəsini öyrənər. İndii əksər partiyalar parlamentə təmsil olunacaq yetərli sayda namizədinin olduğunu deyir. Mən isə hesab edirəm ki, ən böyük müxalifət partiyasının belə, iddia olunduğu qədər namizədi yoxdur. Bu mənada alterantiv parlament idiia olunan gücü da ortaya çıxarmış olar?. T.Abbaslının fikrincə, alterantiv parlament təklifi indii də aktuallığını qoruyur. Onun sözlərinə görə, müxalifət parlament seçkilərinə hazıralaşmaqla yanaşı bu prosesi də aparlmalıdır: ?Biz həm də bu yolla cəmiyyətə əsl parlamentin, əsl deputatın necə olduğunu göstərə bilərik. Hazırki parlament, daha dəqiq desək hakimiyyətin formalaşdırdığı parlamentdə təmsil olunanlar acıdil insanlardan ibarətdir. Cəmiyyət öz dərdlərini bu insanlara demək istəmir. Çünki acıdildlildilər. Bu mənada biz həm də cəmiyyətə qayğıkeş, savadlı, cəmiyyətlə ünsiyyətqurmağı bacaran millət vəkillərinin olduğunu göstərə bilərik?. AİDP sədri hesab edir ki, alterantiv parlament həm də müxalifətlə cəmiyyətin arasında qırılan bağları, ünsiyyəti bərpa etməyə də kömək göstərər. Alterantiv parlamentin yaradılma mexanizminə gəlincə, AİDP sədri qeyd edib ki, təklif qəbul edilərsə onun detallarını müzakirələr vasitəsilə dəqiqləşdirmək olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA