Sabir Rüstəmxanlı iran səfirliyi qarzısında aksiya keçirməklə bağlı Baki merinə müraciət edib

img

31-03-2010 [06:52]


DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, müraciət&# qeyd olunur: "Hörmətli Hacıbala müəllim! Güney Azərbaycanın quzey-qərbində və Xəzər dənizinin güneyində yerləşən Urmiya gölü son illərdə İrandakı mövcud hakimiyyətin apardığı məqsədyönlü siyasət nəticəsində quruma təhlükəsi ilə qarşı-qarşıya qalıb. Halbuki bu göl dünyanın ikinci duzlu gölü kimi YUNESCO-da təbii xəzinə qeydiyyata alınıb. Ancaq əkinə yararlı torpaqların suvarılması üçün gölə axan təbii çayların istiqamətinin dəyişdirilməsi, çaylar üzərində xeyli sayda su bəndlərinin tikilməsi, gölün üzərindən Təbrizlə Urmiyanı birləşdirən körpünün çəkilməsi və s. nəticəsində hazırda göldə suyun səviyyəsi 7 mert aşağı düşüb. Bu göstərici isə kritik normadan 2 metr aşağıdır. Eyni zamanda Urmiya gölünün 150 hektarı artıq duz səhrasına çevrilib. 102 adası olan Urmiya gölü flaminqo və ağ pelikan kimi bir çox köçəri quşların yaylağı olmaqla bərabər, dünyanın nadir və qiymətli su canlılarından olan artmianın yaşayış məskənidir. Eyni zamanda Urmiya gölündə 546 növ bitki mövcuddur. Hazırda göldə yaşanan bu böhranlı vəziyyət artmianın, bir çox quşların sayının azalmasına səbəb olub və onların nəslinin kəsilməsi təhlükəsini artırıb. Ona görə də 02 aprel 2010-cu il tarixində saat 12:00-da güneyli soydaşlarımız simvolik olaraq bir bardaq su ilə Urmiya körpüsündə toplaşacaq və hər kəs gətirdiyi suyu gölə tökməklə hökumətə etirazlarını bildirəcək, eyni zamanda Güney Azərbaycanda yaşanan ekoloji böhranı təbiəti mühafizə edən beynəlxalq təşkilatların diqqətinə çatdırmış olacaqlar. Həmin gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da soydaşlarımıza dəstək aksiyası keçirəcəklər. Dünya Azərbaycanlıları Konqresi (DAK) də güneyli soydaşlarımıza həmrəy olaraq 02 aprel 2010?cu il tarixində saat 12.00-da İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi qarşısında analoji aksiya keçirməyi planlaşdırır. Piketə icazə verməyinizi xahiş edirik".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA