"Ceyran? rəqs qrupunun rəhbərliyi və üzvləri Zəlimxan Məmmədlinin qonağı olub

img

31-03-2010 [06:05]


Gürcüstanın Tiflis şəhərindən gəlmiş ?Ceyran? rəqs qrupunun rəhbərliyi və üzvləri ?Borçalı? Cəmiyyətinin qonağı olub. Ilk öncə ?Borçalı? İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli rəqs qrupunun gənc üzvləri ilə görüşüb onlara cəmiyyət haqqında məlumat verib. Daha sonra isə rəqs qrupunun bədii rəhbəri Ceyran Qurbanova problemlərindən bəhs edərək onlara dəstək olmalarını istəyib. O, qeyd edib ki, bizim qonşularmızın (ermənilər) Tibilisidə yaratdığı rəqs qrupları var onlar öz vətəndaşları tərəfindən həmişə həm maddi həm də mənəvi yardımlar alırlar. Bizim qrupda isə çox bacarıqlı uşaqlar var, ancaq onların inkişafına kömək göstərmək lazımdır. Zəlimxan Məmmədli isə həmişə onların yanında olduğunu və hər cəhətdən onlara kömək edəcəyinə söz verdi. Daha sonra isə ?Borçalı? cəmiyyətinin adından gənclərə və rəhbərliyinə hədiyyələr təqdim edildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA