Lalə Şövkətin ?Ölkə? qəzetinə qarzı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib

img

31-03-2010 [12:54]


Bu gün Yasamal rayon Məhkəməsində Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkətin ?Ölkə? qəzetinə qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hakim Xaqani Məmmədovun sədrliyi ilə keçirilən iclasda iddiaçı tərəfin vəsatəti əsasında ?Ölkə? qəzetinin yazarları Nicat Dağlar, Nəsimi Şərəfxanlı, Zülfüqar Hüseynli və Elmdar Əliyev də cavabdeh qismində tanınıb. Növbətı məhkəmə baxışı aprelin 9-na təyin olunub. Qeyd edək ki, Lalə Şövkət ?Ölkə? qəzetinin 11 fevral 2010-cu il tarixli sayında dərc olunan ?Madam? ləqəbli ?KQB? agenti? yazısında şərəf və ləyaqətinin təhqir olunduğu bildirib və məhkəməyə müraciət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA