Müsavat BŞiH-nin mitinq müraciətinə cavab verməməsindən narahatdır

img

29-03-2010 [07:11]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub. Yığıncaqda partiyanın qərargahında bayramdan əvvəl keçirilmiş tədbirər ? ?Əliyevlərin Dubay mülkləri? mövzusunda Dəyirmi Masa (17 mart) və Novruz şənliyi (19 mart) haqqında fikir mübadiləsi aparılıb. Partiyanın Mərkəzi İcra Aparatının rayon təşkilatlarının vəziyyəti haqqında arayışının təqdimatı davam etdirilib. Məclisin növbəti sessiyasının vaxtı və gündəliyi haqqında ilkin müzakirələr keçirilib. Mitinq keçirilməsi üçün yerlərin müəyyənləşdirilməsi haqda Müsavat Partiyası adından Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmiş məktuba hələ də cavab verilmədiyi qeyd olunub. Divan məktuba cavabın gecikdirilməsindən narahatlığını bildirib. Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə əsas müzakirələr kütləvi tədbirlər barəsində aparılıb və müvafiq qərarlar qəbul edilib. Soyqırım günü ilə bağlı martın 31-də, saat 11:00-da Şəhidlər Xiyabanının ziyarət edilməsi qərara alınıb. Divan Ceyhun Zərbəliyev adlı müttəhimin 19-cu polis bölməsində intihar etməsi barədə məlumata da münasibət bildirib. Bu cür halların dəfələrlə baş verdiyini və buna görə Daxili İşlər Nazirliyinin məsuliyyət daşıdığı bildirilib. Divan Ceyhun Zərbəliyevin ölümünün səbəblərinin düzgün araşdırılmasını və günahkarların məsuliyyətə cəlb edilməsini tələb edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA