BAXCP Milli Məclisi MSK-nın tam tərkibdə formalazması üçün hüquqi addımlar atmağa çağırıb

img

29-03-2010 [03:40]


Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iclasda Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin tam formalaşmaması ilə bağlı müzakirə aparılıb. BAXCP İdarə Heyəti hesab edir ki, 2005-ci ildən etibarən davam etməkdə olan hüquq pozuntusu aradan qaldırılmalı və Seçki Məcəlləsinin tələblərinə əməl olunaraq MSK-nın tərkibi tam formalaşmalıdır. İdarə Heyəti bildirib ki, MSK-da boş qalan yerlərdən biri deputatları parlamentdə azlıq təşkil edən siyasi partiyalar, digəri isə bitərəflər üçün nəzərdə tutulmuş yerlərdir. BAXCP İdarə Heyətinin qənaətinə görə, parlamentdə təmsil olunan istənilən siyasi partiya MSK üzvlüyünə öz namizədini irəli sürməkdən imtina edə bilər və bu, həmin siyasi təşkilatın öz seçimidir: ?Ancaq MSK-da deputatları parlamentdə azlıq təşkil edən partiyalar üçün nəzərdə tutulmuş yerlərin bu və ya digər siyasi partiyanın öz namizədini təqdim etmədiyinə görə boş saxlanılması heç bir hüquqi məntiqə əsaslanmır. Çünki MSK-da boş qalmış həlledici komissiya üzvü yeri konkret siyasi partiya üçün deyil, bütövlükdə deputatları parlamentdə azlıq təşkil edən siyasi partiyalar üçün nəzərdə tutulub?. BAXCP Milli Məclisi MSK-nın tam tərkibdə formalaşması üçün Seçki Məcəlləsinin tələblərindən irəli gələn müvafiq hüquqi addımlar atmağa çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA