Hacıbaba Əzimov prezidentə, baz nazirə, baz prokurora, DiN rəhbərinə müraciət edib

img

29-03-2010 [01:51]


Bakının Füzuli, Ş.Bədəlbəyli və başqa küçələrindəki qanunsuz söküntülərlə bağlı Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri professor Hacıbaba Əzimov Prezident İ.Əliyevə, Baş Nazir A.Rasizadəyə, Mədəniyyət və Turizm Naziri Ə.Qarayevə, Baş Prokuror Z.Qaralova və Daxili İşlər Naziri R.Usubova məktubla müraciət edib. VAMBP-nin mətbuat xidmətiindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məktubda Bakıda yenidənqurma və abadlaşdırılma işləri ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlər ümumən təqdir olunmaqla bərabər göstərilir ki, hazırda ?Qış parkı?, ?Park-bağ? adı altında Respublika Sarayının arxasından Füzuli Meydanına qədər olan ərazidə yerləşən evlər və obyektlər bir sıra hallarda Bakı şəhər İcra Hakimiyyəti tərəfindən zorakılıqla sökülür. ?Park-bağ? salınması nəzərdə tutulan ərazidəki mövcud daşınmaz əmlakın satın alınması ilə bağlı nə Nazirlər Kabinetinin qərarının və nə də həmin ?Park-bağ?ın səlahiyyətli orqanlar tərəfindən təsdiq olunmuş layihəsinin olmamasına baxmayaraq Bakı İcra Hakimiyyətinin başçısı H.Abutalıbov qanunvericiliyə zidd olaraq bu barədə 24 sentyabr 2008- ci il tarixli, 511 saylı sərəncam imzalamış və həmin sərəncamla bi işi fiziki şəxs R.Kazımova həvalə etmişdir. Beləliklə də Bakı İcra Hakimiyyətinin məmurları göstərilən ərazidə vətəndaşların mülkiyyət hüquqlarıni kütləvi şəkildə pozmağa, paytaxtın abadlaşdırılması məqsədilə ayrılmış külli miqdarda dövlət vəsaitinin böyük bir hissəsini mənimsəməyə başlamışlar. Məktubda xatırladılır ki, şəhərin mərkəzindəki bu böyük məhəllə əsasən XİX əsrdə salınmışdır və həmin söküntü ərazisindəki binalardan 20-yə qədəri XİX əsrdə inşa olunmuş və uçurulması qanunla qadağan olunan memarlıq abidəsidir. Buna baxmayaraq indiyədək memarlıq abidələrindən bir neçəsi vəhşicəsinə uçurulub və qalan binalar da sökülmək məqsədilə hasara alınmışdır. Məktubda tarixi memarlıq abidələrinin uçurulması müəyyən məmur zümrəsinin həm külli miqdarda əlavə qazanc götürmək, həm də Bakını tarixi keçmişindən, yüksək mədəni irsindən məhrum etmək, simasızlaşdırmaq məqsədinə yönəldilmiş xəyanətkar niyyətlərinin təzahürü kimi dəyərləndirilir. Daha sonra rüsvayçı hal olaraq göstərilir ki, bütün bu özbaşınalıqlar, vandalizm hərəkətləri dövlət adından, bəzən də açıq və ya dolayısı ilə Prezident İ.Əliyevin adından sui-istifadə edilərək həyata keçirilir. Qeyd edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti hazırda minlərlə Azərbaycan vətəndaşını böyük maddi ziyana və mənəvi sarsıntılara məruz qoyub, vətəndaşların mülkiyyət hüquqları ilə bağlı ölkə qanunvericiliyini və beynəlxalq hüququ kobud şəkildə pozmaqla həm də ölkəmizin beynəlxalq nüfuzuna ciddi ziyan vurubdur. Məktubun sonunda hakimyyət orqanları vətəndaşların mülkiyyət hüquqlarının pozulmasına son qoyulması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz və təsirli tədbirlər həyata keçirməyə çağırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA