19-04-2016 [16:30]
Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov haqqında səslənən ittihamlara cavab verib.
Səfirin adından "Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, Avstraliyada nəşr olunan bir neçə qəzetdə Səfirlik və özü haqqında qərəzli məqalə dərc olunub.
Səfir bildirib ki, beynəlxalq təcrübədə diplomatlar çalışdıqları öıkələrdə bir sira imtiyazlar, o cümlədən ticarət mərkəzləri və ictimai iaşə müəssisələrindən istifadə xidmətləri üçün vergidən azad olunduqlarını xatırladıb: "Bəzi ölkələrdə önləyici prosedurlara ehtiyac olmadan diplomatlar dükana birbaşa müraciət edib diplomatik vəsiqəni təqdim edərək, komüter sistemində səfirliyin və əmədaşların adlarının qarşısında göstərilən limitli həcmlər çərçivəsində lazım olan malları vergisiz qiymətlərlə əldə edə bilərlər.
Avstraliya Xarici İşlər və Ticarət departamentinin (nazirliyinin) internet səhifəsində yerləşdirilmiş Duty free mağazalarından istifadə qaydalarına əsasən hər hansı səfirlik və səfirliyin əməkdaşı həmin xidmətdən istifadə etmək üçün saytda yerləşdirilmiş kvotaya əsasən xüsusi formanı dolduraraq səfirliyin möhürü və rəhbərin imzasilə təsdiq olunmuş şəkildə Gömrük departamentinə təqdim etməlidir. Departament tərəfindən möhür və məsul şəxsin imzasilə təsdiq edilimiş forma-sənəd Duty free dükanına təqdim edildikdən sonra dükanın xidmətlərindən istifadə etmək olar.
Verilən kvota 6 ayı əhatə edir və bu müddətdən sonra prosedur təkrar olunmalıdır. Məqalədə müəlliflər provakasiya xarakteri daşıyan rəqəmlər vasitəsilə oxucuda səfirlik və əməkdaşların böyük həcmdə spirtli içki və siqaret istifadə etməsi təsəvvürü yaratmaq məqsədi güdmüşlər.
Səfirliyi məqalədə məqsədli şəkildə göstərildiyi kimi xaricdən spirtli içkilər gətirmək üçün xüsusi və əlahiddə formada Avstraliyanın heç bir dövlət qurumuna heç bir zaman müraciət etməyib. Əsas məsələ kvotalar çərçivəsində Duty free sisteminə göndərilmiş formadakı həcmlərlə faktik olaraq alınmış malların arasındakı fərq məqalədə qəsdən əks edilməyərək oxucunu, ictimai fikri yanlış istiqamətə yönəltmək, Səfirliyə qara yaxmaq, şər atmaq məqsədi daşıyır.
Səfirliyin rəsmi məqsədlər və əməkdaşların fərdi istifadəsi üçün alınmış mallara dair məqalədə göstərilmiş dövrü (22.12.2014 -- 22.06.12 2015) əhatə edən kvotada nəzərdə tutulmuş və faktik olaraq alınmış malların Duty free mağazasının rəsmi sənədləri əsasında tərtib etdiyimız yekun hesabatı aşağıdakı kimidir:
Spirtli içkilər - kvota 350 litr, faktiki istifadə - 208.5 (o cümlədən ölkəmizdən gətirilmiş 68.3 litr həcmində Azərbaycan konyakları), istifadə edilməmiş qalıq - 141.85 litr
Pivə - kvota 1200 litr, faktiki istifadə -36 litr, istifadə edilməmiş qalıq 1164 litr
Şampan və şərablar -kvota 400 litr, faktiki istifadə 5 litr, istifadə edilməmiş qalıq 395 litr
Kosmetik məhsullar - kvota 120 ədəd, faktiki istifadə 52 ədəd, istifadə edilməmiş qalıq 68 ədəd
Siqaret - kvota 27000 ədəd (135 blok), faktiki istifadə 13600 ədəd (68 blok), istifadə edilməmiş qalıq 13400 ədəd (67 blok).
Nəzərə alınmalıdır ki, qeyd olunan mallar 6 ay ərzində istifadə edilib. Bütün təsdiqedici sənədlər səfirlikdə mövcuddur və surətləri məlumat üçün Azərbaycan XİN-nə göndərilib.
Qəzetin baş redaktoruna müvafiq məktub göndərilərək, çap olunması və Səfirlikdən üzr istəməsi tələb olunub”.
Qeyd edək ki, Avstraliyanın nüfuzlu qəzetlərindən olan "The Age” məqaləsində bildirirdi ki, səfirlik Avstraliya hökumətinə müraciət edərək böyük miqdarda alkoqollu içkinin və siqaretin rüsumsuz gətirilməsinə icazə verilməsini xahiş edib. Belə ki, səfir və mühasib öz diplomatik statuslarından istifadə edərək hökumətdən 2000 litr pivə, 1100 litr çaxır, 520 litr spirt və 40000 siqaretin rüsum ödənilmədən ölkəyə gətirilməsinə icazə verilməsini xahiş ediblər.
Qəzet yazır ki, düzdür, diplomatlar yerli qanunlar çərçivəsində hərəkət ediblər. Belə ki, Avstraliya hökuməti diplomatik korpus üçün bu həcmdə alkoqollu içkinin və siqaretin rüsum ödənilmədən gətirilməsinə icazə verir. Amma eyni zamanda təəccübünü də gizlətmir ki, müsəlman ölkəsinin azsaylı diplomatik missiyasına bu qədər alkoqollu içki və siqaret nə üçün lazımdır?!
Mütəllim Rəhimli partiya sədri seçilib
General Faiq Məmmədov vəzifədən azad olunub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident İlham Əliyev fərman verdi - Məmurlarla bağlı
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev Tokayevə zəng etdi - Nələr müzakirə olunub?
Azərbaycan nefti bahalaşıb
1370 manat maaş alan sabiq nazir: "1000 manat maaşla heç bir alim ailə dolandıra bilməz"
Nazir deputatın qızını direktor təyin etdi
Prezidentdən kübar davranış... - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Volkan Dəmirəl super liqanın yeni komandası ilə danışıqlar aparır
ÇİNDƏN ABŞ və AVROPANI QORXUYA SALAN GİZLİ HƏMLƏ - Günəş panellərinə "ölüm cihazları" yerləşdirilib
Rusiya və Ukrayna 1000 hərbi əsiri dəyişəcək - İstanbulda əsir mübadiləsində anlaşma oldu
Ayağı kəsiləcək deyilən Mert Hakan Yandaşdan açıqlama: "Meydana dönməyi səbrsizliklə gözləyirəm"
İki ölkə Suriyanın Dünya Bankına borcunu ödəyib
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Babayan, Mnatsakanyan və... - Bakıda növbəti məhkəmə + FOTOLAR
Qayıdış nəğməsi
Makron: "Putinin davranışı qəbuledilməzdir"
Starmer Tiranada: "Ukrayna sülh istəyir, lakin Putin..."
Oleq Bakinski yenə hakim qarşısına çıxarıldı
Əfv Məsələləri Komissiyası daha 100-dən artıq müraciətə baxıb
İlham Əliyev Tiranada - Prezident “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısına qatılıb (Yenilənib)
Deputat Milli Məclisdə: "Uşaq alveri və istismarı ilə bağlı cinayət məsuliyyəti daha sərt və..."
Prezident İlham Əliyev Ərdoğanla görüşüb - VİDEO
Cahangir Əsgərov "Premium Bank" ASC-nin əsas səhmdarı olub
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Milli Məclisin növbəti plenar iclasının vaxtı bəlli oldu
Prezident İlham Əliyev Avropa İttifaqı rəhbərləri ilə görüşüb - Nələr müzakirə olunub* + FOTOLAR
Sənan Hüseynov Türk Ədəbiyyatı Vəqfinin Fəxri üzvü seçilib - FOTO
Cinayət-Prosessual Məcəlləsi dəyişdi - Bank hesablarından oğurluq hallarına 24 saat ərzində baxılacaq
Abortla bağlı cəzalar sərtləşəcək - Yeni qanun
“Fənərbağça” daha bir futbolçu ilə müqaviləni yeniləyib - Açıqlama
Şəhid Yusif Məmmədov dəfn olunub - Sumqayıtda
General Milli Məclisdə hesabat verdi - İnsan alveri ilə bağlı
Sabahın hava proqnozu açıqlanıb
“Əmək pensiyaları haqqında” qanun dəyişdi - Əlavələr var
Deputat: "Bu uşaqlar dərhal valideynindən alınmalıdır"