Səfurə Əlizadə "Drip Drop"un son versiyasını səsləndirəcək

img

29-03-2010 [12:43]


Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək ?Eurovision-2010? mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadə bu gün İsveçdə keçiriləcək daha bir konsertdə çıxış edəcək. Təmsilçinin rəsmi internet saytında yayılan xəbərə görə, S.Əlizadənin çıxışı İsveçin paytaxtı Stokholmda yerləşən Kungstradgararden bağında ?Yer günü? münasibətilə keçiriləcək konsertdə olacaq. Hər il ənənəvi olaraq keçirilən bu tədbirdə İsveçin tanınmış müğənniləri iştirak edir. Elə bu il də Azərbaycanın müsabiqə təmsilçisi ilə yanaşı, konsertdə isveçli müğənnilər Andras Johnson, Darin, Laleh, Velvet, Broken Door iştirak edəcək. Səfurə Əlizadə bu konsertdə ?Eurovision-2010? müsabiqəsində ifa edəcəyi ?Drip Drop?un son versiyasını oxuyacaq. Xatırladaq ki, Səfurə Əlizadə bir neçə müddətdir İsveçdə müsabiqəyə hazırlıq keçir. Bu səfər çərçivəsində təmsilçimizin həm İsveç televiziyalarında, həm də bir neçə konsertlərdə iştirakı baş tutub. Qeyd edək ki, Azərbaycan ?Eurovision-2010? müsabiqəsinin mayın 27-də keçiriləcək II yarımfinalında finala çıxmaq uğrunda müsabiqə aparacaq. Müsabiqədə Avropanın 39 ölkəsi iştirak hüququ qazanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA