14-04-2016 [20:55]
Banka olan borcla əlaqədar çox sayda şəxsin ölkədən çxışına qadağa qoyulub. Hətta kredit müqaviləsi zamanı zamin durmuş şəxslərə də eyni hal tətbiq edilir.
Çıxışına qadağa qoyulmuş şəxslər bir çox hallarda bundan xəbərsiz olur və yalnız ölkəni tərk etmək istəyən zaman Dövlət Sərhəd Xidmətində məlum olur ki, onun adının qarşısında STOP qoyulub.
DSX rəsmiləri isə bildirirlər ki, qadağa kredit borcuna görə Ədliyyə nazirliyi tərəfindən qoyulur. Bank mütəxəssisləri bildirirlər ki, problemli kreditlərin sayı artığı üçün banklar müştəriyə təzyiq vasitəsi kimi onların ölkədən çıxışına qadağa qoyulmasına üstünlük verirlər. Bu zaman banklar məhkəmədə işə əmr icraatı qaydasında baxılmasına çalışırlar. İddia icraatından fərqli olaraq əmr icraatı qaydasında işə tərəflərin iştirakı olmadan və məhkəmə baxışı keçirilmədən baxılır.
Bunun əsas səbəblərindən biri də odur ki, iş daha sürətli gedir, yəni 3 gün ərzində qərar qəbul edilir, həmin qərar verildiyi vaxtdan 10 gün keçəndən sonra isə 1 ay ərzində icraya yönəldilir. Əgər vətəndaş məhkəmə əmrindən narazıdırsa, onu aldığı vaxtdan 10 gün müddətində məhkəməyə yazılı etiraz verə bilər. Bu halda məhkəmə əmri ləğv edərək işə iddia icraatı qaydasında baxır. Bu hal ona görə təzyiq vasitəsi hesab olunur ki, əgər vətəndaş xarici ölkəyə gedərkən onun ölkədən çıxışına qadağa qoyulması məlum olursa, o zaman vətəndaş həmin borcu ödəmək məcburiyyətində qalır.
Ancaq qanunvericiyə əsasən, vətəndaşın ölkədən çıxışına qadağa qoyulması barədə iki mərhələli məhkəmə qərarı əsasında mümkündür. Belə ki, bank kreditin qaytarılması ilə bağlı həm borcalana, həm də zaminə qarşı iddia qaldırdıqdan sonra, məhkəmə borcun tutulması ilə bağlı qərar verərsə, iş icra məmuruna gedir. Bu halda da borc öfənilməzsə, icra məmuru vətəndaşların ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkəməyə müraciət edə bilər. Ancaq ölkəni tərk etməyə qadağa o halda qoyula bilər ki, vətəndaş üzürsüz səbəbdən ödəniş etmir. Ancaq bütün hallarda vətəndaş bu prosedurlar və qərarlarla bağlı məlumatlandırılmalıdır.
Yuxarıda da qeyd etdiyimiz kimi, təcrübədə çox sayda vətəndaşın xəbərdar olmadığı halda, ölkədən çıxışına qadağa qoyulması halalrı mövcuddur.
Ədliyyə Naziriyi bu problemin həlli üçün elektron xidmət hazırlayıb. Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Dövlət reyestrləri idarəsi tərəfindən təqdim edilən xidmət qüvvədən düşmüş sənədlərin dövlət reyestrində toplanılan informasiya əsasında fiziki və hüquqi şəxslərin məlumatlandırılması ilə bağlıdır.
Bir çox məlumatlarla yanaşı, vətəndaşlara yeni xidmət çərçivəsində məhkəmə qərarlarının icra olunmaması ilə əlaqədar sərhədkeçməyə dair qadağaların qoyulması və onların aradan qaldırılması barədə məlumatın ötürülməsi imkanı da yaradılıb. Həmin xidmət vətəndaşın məhkəmə tərəfindən çıxarılan qərar barədə məlumatı vaxtında əldə edərək, onun icrası və qadağanın aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsinə imkan verəcək.
Ölkədə fəaliyyət göstərən mobil operatorlarla razılıq əldə olunaraq yuxarıda göstərilən məlumatlar onların yaranmasına səbəb olan hallar baş verdikdən dərhal sonra şəxsin adına olan və hazırda istifadə edilən mobil telefonlarına göndəriləcək. Hər bir şəxsə göndərilən ilk məlumatlandırma mesajı ödənişsiz olacaq və ona belə məlumatın daim alınması təklif ediləcək.
Sistemin abunəçisi olan şəxslər bundan sonra belə məlumatları aldıqda öz mobil operatorlarına yalnız qısa mesaj xidmətinə görə haqq ödəyəcəklər.
Məlumatlandırma xidməti çərçivəsində vətəndaşlara şəxsiyyət vəsiqəsinin, ümumvətəndaş, xidməti və diplomatik pasportların, sürücülük vəsiqəsinin, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin, notariat qaydasında təsdiq edilən etibarnamələrin, ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamənin qüvvədən düşməsi barədə də məlumat veriləcək.
Yeni xidmət hüquqi və fiziki şəxslər üçün həmin məlumatın daha rahat və operativ əldə edilməsini təmin edərək öz sənədlərinin hüquqi statusu barədə daim məlumatlı olmasına, hüquqi qüvvəsini itirmiş sənədlərin vaxtında dəyişdirilməsinə şərait yaradacaq(Strateq.az).
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb
ÖLKƏ LİDERLƏRİ XANKƏNDİDƏ: 17-ci Zirvə görüşündə mühüm mesajlar verildi - ÇIXIŞLAR + VİDEO (YENİLƏNİB)
SOCAR-da daha bir təyinat - FOTO
İran prezidentinin Xankəndinə səfəri başa çatıb - FOTO (Yeniləniib)
Şuşada İlham Əliyevin adından Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib - FOTO
"Başakşehir" qapıçısının müqaviləsini uzadıb
Türkiyədə 180 siyasi partiya var - Ən çox üzvü olanla ən az üzvü olan təşkilatın adı açıqlanlıb
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
"Fənərbağça" bu oyunçu ilə müqaviləni uzadıb
DEPUTATLAR DAHA 15 MƏSƏLƏNİ MÜZAKİRƏYƏ ÇIXARACAQ - Siyahı
"Milan" yarımmüdafiəçi transfer edib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
Osayi-Samuel "Birmingem Siti"yə transfer olub
Fatih Terimin yerinə məşhur məşqçi gətirilib
"Beşiktaş"ın Avstriya heyəti açıqlanıb
"Atletik Bilbao" Niko Uilyams ilə müqavilə uzadıb
"Liverpul" vəfat edən futbolçusu ilə bağlı məlumat yayıb
Super Liqanın püşkü atıldı - Derbi oyunları nə vaxt oynanılacaq?
"Yuventus" Conatan Davidi transfer edib
Şair Məmməd İsmayıl xəstəxanaya yerləşdirilib
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR (Yenilənib)
Ölkə başçıları Xankəndidə çay sürfəsi arxasında - VİDEO, FOTOLAR
“Moody’s" Azərbaycanın kredit reytinqini yüksəldib - Açıqlama
Qəzza zolağında savaş: 37 fələstinli həlak olub
Milli Məclisin növbəti iclası iyulun 8-də olacaq
Ermənilər Bakıda hakim qarşısında - Zərərçəkənlər ifadə verirlər
Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
Şəxsiyyət vəsiqəsində dəyişiklik təsdiqləndi - Yaşayış yeri və...
Əmlakla bağlı yeni qanun qəbul olunub
Türkiyənin 32,5 faizi heç bir partiyaya inanmır - SORĞU
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan–Özbəkistan: Müttəfiqlikdən Qardaşlığa Ucalan Strateji Tərəfdaşlıq.. - Gülarə Verdiyeva yazır
"İlham Rəhimovun xilaskar obrazını cəmiyyətə sırıyan qüvvələr bunu anlayırmı?" - Eynulla Fətullayevdən sərt açıqlama
VƏRƏSƏLİK İŞİ... - Ali Məhkəmə vahid məhkəmə təcrübəsi qəbul edib
İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib - FOTOLAR
Milli ləzzətin oğurluğu - Paxlavanın erməni versiyası
İlham Əliyev Şahbaz Şərifi qarşılayıb (YENİLƏNİB)