Müsavat Partiyası mitinq məsələsini Divanda müzakirə edəcək

img

27-03-2010 [02:15]


Müsavat Partiyası Bakı həhərinin bir sıra meydanlarında mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, hələ də cavab verilməyib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məsələnin partiyanın Divanında müzakirəyə çıxarılacağını deyib: ?Yəqin ki, biz yaxın zamanlarda həm seçkişabağı demokratik mühitin yaradılması, həm seçki qanunvericiliyində islahatların aparılması, Qarabağla bağlı yaranmış situasiya, sərbəst toplaşmq hüququnun bərpa edilməsi və digər tələblərlə kütləvi aksiyalar keçirmək niyyətindəyik?. Müsavat yetkilisi onu da qeyd edib ki, məsələnin Divanda müzakirəsindən sonra müvafiq qərarlar veriləcək və bu qərarlara uyğun olaraq addımlar atılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA