Elmar Məmmədyarov irana səfər edəcək

img

26-03-2010 [03:41]


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun İrana səfər edəcəyi gözlənilir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətdən verilən məlumata görə, nazir İran prezidenti Mahmud Əhmədinejadın BMT tərəfindən beynəlxalq bayram statusu alan Novruz bayramı ilə bağlı təşkil etdiyi tədbirdə iştirak edəcək. Məmmədyarovun İslam Respublikasına səfəri 27-28 mart tarixlərinə təsadüf edəcək. Səfər çərçivəsində Məmmədyarovun ikitərəfli rəsmi görüşləri nəzərdə tutulmur. Martın 27-də Tehranda başlanacaq mərasim növbəti gün Şiraz şəhərində davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA