Tanınmız gitara ifaçısı Rəmiz qəzaya uğrayıb?

img

25-03-2010 [01:27]


Azərbaycanın əməkdar artisti, tanınmış gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) bu gün avtomobil qəzasına uğradığı barədə məlumat yayılıb. Məlumata görə, saat 15-16 radələrində baş verən yol qəzasında Rəmişin idarə etdiyi 10 ZU 600 dövlət nömrə nişanlı ?Toyota Land Cruiser? markalı maşın Bakı-İsmayıllı yolunda aşıb. Qəza nəticəsində Rəmişin ayağının əzildiyi bildirilir. Qəza nəticəsində əzilmiş avtomobilin hadisə yerindən evakuatorla aparıldığı söylənilir. Hadisə şahidlərinin sözlərinə görə, Rəmiş Bakıya həyat yoldaşı Güllü Hüseynova ilə birlikdə gəlirmiş. Xəbəri dəqiqləşdirmək üçün ifaçının həyat yoldaşı ilə əlaqə saxlamaq qərarına gəldik. G.Hüseynova ANS PRESS-ə açıqlamasında belə bir hadisənin baş vermədiyini, ümumiyyətlə bu xəbərin şayiə olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA