Ermənilər itkilərin yeni sayını açıqladı - 36 ölü, 122 yaralı

img

07-04-2016 [23:26]


Təmas xəttindəki son döyüşlərdən sonra Ermənistan Silahlı Qüvvələri itkilərin sayını açıqlamaqdan çəkinsə də, bu dəfə də bir hissəsini etiraf edib.

Mia.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, aprelin 2-dən bu günə qədər ermənilərin 36 hərbçisi ölüb (27 əsgər və 9 zabit), 122 hərbçisi isə (24 zabit və 98 əsgər) yaralanıb. İtkin düşən 25 nəfərdən 4-nün cəsədi, 1 nəfər isə diri halda taplıb. Hazırda 21 nəfər itkin düşüb. Bu barədə qondarma Dağlıq Qarabağın Müdafiə Nazirliyinin operativ informasiya şöbəsinin rəhbəri Viktor Arustamyan bildirib.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə cəbhədə Ermənistanın təxribatı nəticəsində Azərbaycan silahlı Qüvvələrinin 31 hərbçisi qəhrəmancasına şəhid olub.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA