Azəri Günel: "Mən və ailəm son yazadığım olaylara həssas yanazmağınızı xahiz edirik"

img

24-03-2010 [01:47]


Türkiyə şou-biznesində Azəri Günel kimi tanınan müğənni Günel Zeynalova dünən Bakıda mətbuat nümayəndələri ilə görüşüb. Lent.az-ın məlumatına görə, müğənni Azərbaycanda ilk dəfə yeni bir layihə ilə tamaşaçı qarşısına çıxıb. Musiqisi Hacı Nazimə və sözləri Nurlana aid olan mahnıya Azərbaycanda klip çəkdirən Günel yeni klipini ilk dəfə jurnalistlərlə birlikdə izləyib. Klip nümayişindən sonra jurnalistlərin suallarını cavablandıran gənc müğənni Azərbaycandan istədiyi dəstəyi görmədiyi deyib: ?Mən və ailəm son yaşadığım olaylara həssas yanaşmağınızı xahiş edirik. Axı həqiqət və bəzi mətbuat nümayəndələrinin yanaşdığı, yazdıqları bir-birlərindən tamam fərqlidir. Mən adıma və ailəmin adına ləkə gətirəcək, utanılacaq heç nə etmədim. Təəssüf ki, yerli kanallardan biri hələ də hadisələri öz istədiyi şəkildə yozur?. Müğənni ?Yeni səhifə? adlı klipi ilə həyatında tamamilə yeni bir səhifə açdığını deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA