“Rusiya əlindən gələni edəcək ki...” - Lavrov

img

07-04-2016 [13:29]


"Biz Qarabağ məsələsini də müzakirə etdik. Sülhün bərqərar olması faktını vurğuladıq. Prezident Putin hər iki ölkə prezidenti ilə danışdı. Sabah baş nazir Medvedev Azərbaycana gəlir. Ümid edirik ki, atəşkəs razılaşması davam edəcək”.

Bu sözləri Azərbaycan, İran və Rusiya XİN başçılarının üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, keçmiş razılaşmalara istinad edilməlidir: "Xüsusilə təmas xəttində tərəflərin bir-birinə etimad etməsi məsələsi vacibdir. Bir daha qeyd etmək istəyirəm ki, təmas xəttində etimadın bərqərar olması o demək deyil ki, münaqişənin siyasi yolla həllini axtarmamalıyıq. Rusiya hər iki ölkə ilə yaxın olan dövlət kimi əlindən gələni edəcək ki, son illər əldə olunan nailiyyətlər davam etdirilsin”.

apa

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA