Bakı zəhər icra Hakimiyyəti Müsavatın mitinq keçirməklə bağlı müraciətinə cavab verməyib

img

24-03-2010 [01:25]


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının kütləvi etiraz aksiyaları keçirmək üçün yer ayrılması ilə bağlı müraciətinə cavab verməyib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə partiyanın başqan müavini Mehman Cavadoğlu məlumat verib. M.Cavadoğlu bildirib ki, müraciəti martın 12-də İcra Hakimiyyətinə təqdim ediblər, ancaq 10 gündən son vaxt keçsə də, cavab yoxdur. Müsavat yetkilisi onu da bildirib ki, bayramdan əvvəl Bakı şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zaur Ramazanovla əlaqə saxlayıblar, o isə bildirib ki, müraciətə cavab bayramdan sonra veriləcək. Mehman bəy bunun qanun pozuntusu olduğunu da vurğulayıb. Qeyd edək ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər kütləvi aksiyaların keçirilməsi üçün müvafiq yerlərin ayrılması xahişi ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Müraciətdə ?Nərimanov? kinoteatrının qarşısındakı meydan, Füzuli meydanı, Səməd Vurğun bağı, Hüseyn Cavid bağı, keçmiş ?Qələbə? kinoteatrı qarşısındakı meydan, ?Təbriz? kinoteatrı qarşısındakı meydan və digər müvafiq yerlərdən birinin kütləvi aksiyalar üçün ayrılması xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA