Erməni generalın etiraf - Videosu

img

07-04-2016 [10:10]


"Ermənistan mətbuatı hadisələri düzgün işıqlandırmır. Azərbaycan genişmiqyaslı hücum barədə qərar qəbul edərsə, buna tam hazırdır, başladığı işi davam etdirə biləcək".

Mia.az Xezerxeber.com-a istinadən xəbər verir ki, bunu "Kommandos" ləqəbli erməni general-mayoru Arkadi Ter-Tadevosyan Yerevandakı "İmpuls 106.5 FM" radiosuna müsahibəsində bildirib. O deyib ki, Ermənistan ordusu son hərbi əməliyyatlarda uduzub. Erməni generalı Azərbaycan ordusunun gücünü etiraf edib.

Generalın fikrincə, Azərbaycan Qarabağ uğrunda gedən son döyüşlərdə müharibə qanunlarına riayət edərək qələbə qazanıb.

Erməni general bildirib ki, Azərbaycan genişmiqyaslı hücum qərarı verəcəyi təqdirdə faktiki olaraq başladığı işi davam etdirə biləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA