Əli Əhmədov müxalifətin ünvanına sərt ittihamlar səsləndirib

img

24-03-2010 [01:19]


?Demokratik dəyərləri mənimsəmiş istənilən ölkədə siyasi ambisiyalarını ortaya qoymuş, siyasətlə məşğul olan istər qruplar, istərsə də şəxslər əgər ölkənin daxilindəki demokratik qüvvələrə, demokratik prosedurlara deyil, ölkədən kənardakı hansısa qüvvələrə istinad edirlərsə, böyük səhvə yol verirlər?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov YAP-ın rəsmi saytına müsahibəsində deyib. ?Digər tərəfdən, çox ciddi nöqsan işlətmiş olurlar. Hər şeydən əvvəl ona görə ki, hər bir partiyanın taleyi onun fəaliyyət göstərdiyi ölkənin bilavasitə maraqları ilə əlaqədardır və maraqların da bu və digər formada nə dərəcədə uğur qazanması yalnız həmin maraqların ölkənin milli maraqları ilə nə dərəcədə əlaqələndirilməsindən asılıdır. Milli maraqlara xidmət göstərməyi öz qarşısına məqsəd qoymayan və dar siyasi ambisiyalarının həyata keçirilməsinə çalışan partiyalar istər-istəməz qeyri-demokratik və qeyri-qanuni yollara əl atmış olurlar. Bu yollardan biri də ölkədən kənarda fəaliyyət göstərən və o ölkənin daxili işlərinə bu və ya digər şəkildə müdaxilə etmək fürsəti güdən qüvvələrlə əlaqə yaratmaqdan ibarətdir? deyən YAP yetkilisi təəssüflə qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra müxalifət partiyaları belə bir taktikanı seçiblər və bu seçimin heç də az olmayan bir tarixi var. Onun sözlərinə görə, həmin partiyalar xarici qüvvələrlə əlaqəyə girdiklərinə görə onların sifarişlərini yerinə yetirmək məcburiyyətində qalırlar: ?Bizim dəfələrlə səsləndirdiyimiz bu qəbildən olan fikirləri müxalifətin içərisində olan bir sıra təmsilçilər də təsdiq etməyə başlayıblar. Azərbaycan ictimaiyyəti müxalifətin içərisindən gələn bu cür siqnallara ciddi reaksiya verməlidir və xarici qüvvələrin maraqlarına xidmət edən Azərbaycanın içərisində formalaşıb fəaliyyət göstərən siyasi partiyalara, onların təmsilçilərinə ?yox? deməlidirlər. Hesab edirəm ki, belə yol seçmiş siyasi partiyalar özlərinin istəklərini həyata keçirmək üçün lazım olan imkanları əldən vermiş olurlar. Bu, onların seçimlərindəki səhvləridir və bu günə qədər də Azərbaycanda həmin partiyaların uğur qazana bilməmələri Azərbaycan cəmiyyətində onların fəaliyyətinəvə seçdiyi yollara nə qədər həssas yanaşıldığını və düzgün qiymət verildiyini birmənalı şəkildə təsdiqləyir. Amma onların seçim səhvləri ilə yanaşı, həm də çox böyük günahları var. Bu da ondan ibarətdir ki, onlar ölkənin daxili işlərinə qarışmaq niyyətində olan xarici qüvvələrin və güclərin maraqlarına oynamaqla Azərbaycanın milli və dövlətçilik maraqlarının əksinə fəaliyyət göstərmiş olurlar. Təbii ki, bu, çox böyük günahdır. Zaman onların çox böyük suç sahibi və səhv yolda olduqlarını çılpaqlığı ilə sərgiləyəcəkdir. Bu, qaçılmazdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA