“Həll yolu torpaqların Azərbaycana qaytarılmasından keçir” - Həmsədr

img

06-04-2016 [17:35]


"Biz danışıqların dərhal bərpasına və davamlı sülhə nail olmağa cağırırıq. Tərəflər masa arxasına oturmalıdırlar. Burada hər hansı ritorika və bəyanatlardan söhbət getmir. Görüş qərarı prezidentlərdən asılıdırlar. Biz bunu hər zaman təklif edirik və buna məmnuniyyətlə hazırıq".

Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

C. Uorlik bildirib ki, hərtərəfli həllin yolu orduların işğal olunmuş ərazilərdən çıxarılması, torpaqların Azərbaycana qaytarılmasından keçir:"Amma Qarabağın statusunun da muəyyənləşməsi lazımdır. Hərtərəfli həllə çox məsələ daxildir, tərəflər buna bütöv məsələ kimi baxmalıdırlar".

Diplomat Minsk qrupu ilə bağlı Azərbaycan xalqınının məyusluğununun başa düşülən olduğunu deyib:"Azərbaycan xalqı 20 ildən çox davam edən münaqişə ilə üz-üzədir. Amma Ermənistanda da bu məyusluq var. Həll yolu mühazribə deyil. Bilirəm, asan deyil, amma yeganə həll yolu sülhdür".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA