06-04-2016 [16:30]
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası cəbhədəki son vəziyyətlə əlaqədar olaraq QHT-lərin geniş toplantısını keçirib.
Mia.az xəbər verir ki, tədbir açıq elan olunduqdan sonra qoşunların təmas xəttində son günlər baş verən döyüşlərdə həlak olan əsgər və zabitlərimiz də daxil olmaqla Qarabağ şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Milli QHT Forumunun prezidenti Rauf Zeyni Azərbaycan ordusunun 2 apreldə növbəti dəfə atəşkəsi pozan Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını qəhrəmanlıqla aldığını və bir neçə yaşayış məntəqəsini düşməndən azad etdiyini deyib. R. Zeyni ölkə QHT-lərinin Ali Baş Komandan və xalqımızla birgə olduğunu və Ermənistanın təcavüzkar siyasətini pislədiyini bildirib.
Şura sədri, millət vəkili Azay Quliyev cəbhədə baş verən son hadisələrin Azərbaycan ordusunun qüdrətini və xalq-dövlət birliyinin sarsılmazlığının ən yüksək səviyyəsini bir daha nümayiş etdirdiyini vurğulayıb: "Milli ordumuzun həyata keçirdiyi uğurlu əks həmlələr nəticəsində Ermənistanın cinayətkar rəhbərliyi tam anladı ki, onların yeritdiyi işğalçılıq siyasətinin heç bir perspektivi yoxdur. Silahlı Qüvvələrimiz işğalçı hərbi birləşmələrə verdiyi layiqli cavabla onların Dağlıq Qarabağı Azərbaycandan birdəfəlik qoparmaq illüziyalarına son qoydu”.
QHT-lərin üzərinə mühüm tarixi missiya düşdüyünü deyən Azay Quliyev iclasda qəbul ediləcək müraciətlərin Azərbaycanın ictimia sektorunun iradəsini ifadə etdiyini deyib. Şura sədri bütün QHT-ləri imkanlarını səfərbər edərək erməni diasporunun apardığı böhtan və iftira kampaniyasına layiqli cavab verməyə və Azərbaycanın mövqeyinin olduğu kimi dünyada təbliğini davam etdirməyə çağırıb.
Toplantıda prezident, Ali Baş Komandan cənab İlham Əliyevə, beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin başçılarına müraciətlər qəbul olunub.
Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanan müraciətdə Ermənistanın təxribatçı hücumlarına cavab olaraq Azərbaycan silahlı qüvvələrinin apardığı uğurlu əməliyyatların cəmiyyətdə yüksək əhval-ruhiyyə yaratdığı qeyd olunur və peşəkar ordunun formalaşması və atılan qətiyyətli addımlara görə ölkə prezidentinə təşəkkür edilir.
BMT baş katibi, ATƏT sədri, ATƏT Parlament Assambleyasının sədrinə, NATO baş katibinə, AŞPA prezidentinə, Avropa Parlamentinin sədrinə, Minsk qrupunun həmsədri olan ölkələrin prezidentlərinə ünvanlanan müraciətdə 20 ildən artıq müddətdə Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistana qarşı təsirli addımlar atılmasına çağırış edilib.
Sonda yaxın günlərdə QHT-lərin cəbhə bölgəsinə səfər etməsi və regiondakı QHT-lərin iştirakı ilə geniş müşavirə keçirilməsi haqqında qərar qəbul edilib.
Qeyd edək ki, müraciətə 700-dən artıq QHT qoşulub.
****
Mia.az həmin müraciəti də olduğu kimi təqdim edir:
BMT-nin baş katibi cənab Pan Gi Muna,
ATƏT-in fəaliyyətdə olan sədri cənab Frank Valter Ştaynmayerə,
ATƏT PA-nın prezidenti cənab İlkka Kanervaya,
NATO-nun baş katibi cənab Yens Stoltenberqə,
Avropa Şurası Parlament Assambleyasının prezidenti cənab Pedro Aqramunta,
Avropa Şurasının prezidenti cənab Donald Taska,
Avropa Parlamentinin prezidenti cənab Martin Şultza,
ABŞ-ın prezidenti cənab Barak Obamaya,
Rusiya Federasiyasının prezidenti cənab Vladimir Putinə,
Fransa prezidenti cənab Fransua Olanda
Azərbaycan QHT-lərinin
MÜRACİƏTİ
"Məlum olduğu kimi, Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ (4.4 min kv. km) və ətraf 7 rayonu (Ağdam, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl) daxil olmaqla ümumilikdə 17 min kv. km ərazisini işğal edib. Ötən illər ərzində Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 20 min nəfərdən artıq azərbaycanlı həlak olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuş, 4011 nəfər itkin düşmüşdür. İşğal olunmuş ərazilərdən 1 milyon dinc sakin məcburi köçkünə çevrilmişdir. 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs haqqında saziş imzalanmışdır.
Atəşkəs sazişinin imzalanmasına baxmayaraq, Ermənistanın silahlı qüvvələri ötən illərdə mütəmadi olaraq Azərbaycanın yaşayış məntəqələrini atəş tutmağa, dinc, mülki əhalini öldürməyə davam ediblər. 2 aprel 2016-cı il tarixində Ermənistan silahlı qüvvələri növbəti dəfə atəşkəs haqqında razılığı kobud şəkildə pozaraq Azərbaycanın yaşayış məntəqələrinə, qaçqın düşərgələrinə və qoşunların təmas xətti boyunca mövqelərinə ağır texnikadan və artilleriyadan istifadə edərək hücuma keçiblər. Qeyd edək ki, hazırda qoşunların təmas xətti Azərbaycanın BMT tərəfindən tanınan sərhədləri daxilində, yəni bizim ərazilərimizdən keçir. İşğalçıların nəzarət etdikləri ərazilərdə təmas xətti boyunca mülki əhali yaşamır. Qoşunların təmas xəttinin Azərbaycanın nəzarətində olan ərazilərində isə yüz minlərlə insan məskunlaşıb. Xüsusilə vurğulamaq istəyirik ki, indiyədək bütün hərbi əməliyyatlar Ermənistanın deyil, Azərbaycanın ərazilərində aparılıb. Ermənistanın təxribat xarakterli hücumu nəticəsində son 3 gün ərzində 10 mülki şəxs və 31 hərbiçimiz həlak olub, onlarla insan yaralanıb, 200-dən artıq şəxsi ev və ictimai bina dağıdılıb. Ermənistan mülki vətəndaşlara və obyektlərə atəş açmaqla Cenevrə konvensiyasının tələblərini kobud şəkildə pozur.
Aprelin 3-də Azərbaycan beynəlxalq qurumların təkidli müraciətlərini nəzərə alaraq və münaqişənin danışıqlar yolu ilə həllinə sadiqliyini bir daha nümayiş etdirərək işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırıb. Ancaq təəssüflər olsun ki, Ermənistan silahlı qüvvələri təmas xətti boyunca Azərbaycanın mövqelərinə artilleriya da daxil olmaqla, ağır silahlardan atəş açmaqda və yeni-yeni təxribatlara əl atmaqda davam edir. Aprelin 5-də Azərbaycanın təkrarən atəşkəs elan etməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri mülki əhalinin yaşadığı məntəqələri artilleriya atəşinə tutmaqda davam edir.
Azərbaycan beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə çatdırıb ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu vəziyyətin pisləşməsinə əsas səbəb olaraq qalır və regionda sülh və sabitliyə ciddi təhlükə yaratmaqda davam edir. Ermənistanın ardıcıl olaraq təxribatlar törətmək və işğal olunmuş ərazilərdə özünün hərbi mövcudluğunu gücləndirmək, erməni əhalini bu ərazilərə köçürməklə demoqrafik vəziyyəti süni şəkildə dəyişdirmək, qanunsuz iqtisadi və digər fəaliyyətlərlə məşğul olmaqda başlıca məqsədi Azərbaycan ərazilərinin ilhaqını və status-kvonu saxlamaqdır. ATƏT-in həmsədr ölkələrinin rəhbərləri – ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Fransua Oland dəfərlərlə bəyanatlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun dəyişdirilməsinin vacib olduğunu vuğulayıblar. Lakin Ermənistan bu çağırışlara məhəl qoymayıb.
Münaqişənin həlli üçün başlıca əsaslar BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993), həmçinin BMT Baş Assambleyasının 62/243 (2008) saylı qətnamələrində təsbit edilib. Sözügedən qətnamələrdə BMT Dağlıq-Qarabağ regionunun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq edib və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Ancaq təəssüflər olsun ki, 20 ildən çoxdur ki, beynəlxalq hüququn normalarını pozmaqda və Azərbaycan ərazilərini işğalda saxlamaqda davam edən Ermənistana qarşı heç bir təsirli addım atılmamışdır. Bu cəzasızlıqdan ruhlanan təcavüzkar Ermənistan isə qanunsuz əməllərini davam etdirməkdədir.
Aprelin 4-də Avropa Şurası Parlament Assambleyası qoşunların təmas xəttində döyüşlərin başlamasından narahatlığını bildirib və Ermənistanı hərbi birləşmələrini işğal edilmiş Azərbaycan ərazilərindən çıxartmağa çağırıb.
Biz, Azərbaycan QHT-ləri Sizə müraciət edərək Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməsi, silahlı qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən qeyri-şərtsiz və tamamilə çıxartması üçün müvafiq təsirli tədbirlər görməyə çağırırıq. Yalnız bundan sonra regiona həqiqi sülh gələ bilər".
Göl qurudulub, plansız tiklilər artıb - Məmurlar Masazırı elə günə qoyub ki... (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
Keçmiş vəzifəli şəxs ata evində öldü
Hindistanda müalicəsi olmayan ölümcül Nipah virusu yayılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İcra başçısına xəbərdarlıq edilib?
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb - Açıqlama
Kəmaləddin Heydərov musayevləri üz-üzə gətirdi, müğənni açıq sual verdi: "Onun qızı necə işə götürülüb?" - VİDEO
Salyan sakini dəm qazından ölüb
Ukrayna, Rusiya və ABŞ nümayəndələri BƏƏ-də bir arada - İkigünlük müzakirələr yekunlaşıb (Yeniləniib)
"Mədət müəllim çox xarizmatik kişidir, mən isə hələ də subayam" - ANS-in keçmiş əməkdaşı elə paylaşma etdi ki...
"Qarabağ" "Kəpəz"ə məğlub olub
Sumqayıtda bu binalar söküləcək - SİYAHI
“Bir il içində özünə ev də, maşın da aldın, səni Türkiyəyə, Dubaya..." - Müğənilər arasında "atışma düşdü"
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
Neftçalada bir ailə qəzaya düşdü - Biri öldü, 3-ü xəsarət aldı
BAKIDA ŞOK OLAY: 5 milyonluq şantaj və alınan 840 min dollar... - Evinə gizli kamera quraşdırılan yüksək vəzifəli şəxs kimdir?
"The Washington Post": "İranın gələcəyi və Azərbaycan faktoru"
FƏZAİL AĞAMALI OĞLUNA İNAD QIZINI PARTİYA SƏDRİ ETDİ - Gizli qurultay və qanunsuz qərarlar etirazı böyütdü
XƏTAİDƏ NÖVBƏTİ YAŞILLIQ ƏRAZİ YOX EDİLİB: üç il əvvəl tikintiyə icazə verilməyən ərazi kimlərə satılacaq? - FOTOLAR
ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur - TƏHLİL
Sabahın hava proqnozu açıqlandı
"Yeni komitə sədri ilahiyyat təhsili olan şəxs olacaq, bu arada Şeyx də yavaş-yavaş unudulur" - Ekspert maraqlı proqnoz verdi
"Bu, artıq bir vicdan məsələsidir" - Elçin Ağamalı yenidən "üsyan bayrağı"nı qaldırdı
Bakıda saxta qaz işçisi tutulub
Məktəblilər nə vaxt tətilə buraxılacaq? - Açıqlama
İran-Azərbaycan sərhədində PUA zərərsizləşdirilib - FOTO
Azərbaycan nefti bahalaşdı - 1.7 dollar
ABŞ-nin vitse-prezidenti Azərbaycana gəlir - Tramp İlham Əliyevə təşəkkür etdi və mühim mesajlar verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub