Lavrov bu gün Bakıya gəlir - Qarabağla bağlı

img

06-04-2016 [15:32]


Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Bakıya gəlir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, S. Lavrov aprelin 7-də Bakıda keçiriləcək Azərbaycan, İran və Rusiya XİN başçılarının görüşündə iştirak edəcək.

"Nazirin bu səfəri son hadisələrlə əlaqədar daha vacib əhəmiyyət kəsb edir. Bakıda Sergey Lavrovun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ikitərəfli görüşü də planlaşdırılır. Görüşdə Dağlıq Qarabağdakı vəziyyət də müzakirə olunacaq", – deyə, M. Zaxarova qeyd edib.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA