Gənc müğənni və aktyorların iztirakı ilə kimsəsiz uzaqlar üçün Novruz zənliyi təzkil olunub

img

23-03-2010 [05:41]


Dünən (22 mart) ?Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq? İctimai Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor-tələbəsi Röyal Cəbiyevin iştirakı ilə kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil olunub. Gənc müğənnilərin və aktyorların da iştirak etdiyi bayram şənliyini təşkil etməkdə məqsəd kimsəsiz uşaqlara mənəvi dəstək olmaq və cəmiyyətin diqqətini onlara yönəltmək olub. Xeyriyyə tədbirlərinin təşkilində yaxından iştirak edən rejissor-tələbə Röyal Cəbiyev belə tədbirlərin yalnız bayramlarda deyil, həmişə təşkil olunmasının vacibliyini qeyd etmişdir. O bildirmişdir ki, valideyn himayəsindən məhrum olmuş uşaqlara kimsəsiz olduqlarını unutdurmaq, onların vətənin arzuolunan nümayəndələrinə çevrilməsi üçün ictimayyət nümayəndələrinin bu sahədə geniş iş aparması lazımdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA