XİN-dən dünyaya xitab: “Ermənistan Azərbaycan ərazisini tərk etməlidir"

img

05-04-2016 [10:59]


"Azərbaycan dünya ictimaiyyətini münaqişənin sülh yolu ilə həllinə səy göstərmək üçün Ermənistana təsir göstərməyə çağırır”.

Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun Bakıda keçirilən 44-cü iclasında deyib. O, təmas xəttində baş verən son hadisələrdən narahat olduğunu qeyd edib: "Ermənistan Azərbaycan ərazisini tərk etməli və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

Nazir müavini cəbhədə baş verənlərin məsuliyyətinin Ermənistanın üzərinə düşdüyünü vurğulayıb.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA