Eldar Həsənovun Novruz bayramı ilə bağlı təzkil etdiyi tədbirə Rumıniyanın baz naziri qatılıb

img

22-03-2010 [03:56]


Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi və Heydər Əliyev Fondu ? Rumıniya nümayəndəliyinin dəstəyi ilə 21 mart 2010-cu il tarixində Buxarestdə Novruz bayramı - Beynəlxalq Novruz Günü təntənəli şəkildə qeyd olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, tədbiri giriş sözü ilə açan səfir Eldar Həsənov Novruz bayramının Azərbaycan xalqının adət və ənənələri arasında özünəməxsus yer tutduğunu, Novruzun xalqımızın bütün varlığını özündə cəmləşdirən bayram olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir, bu yaxınlarda BMT Baş Assambleyasında qəbul olunmuş ?Beynəlxalq Novruz Günü? adlı qətnamənin Azərbaycan tərəfindən irəli sürülməsinin təsadüfi olmadığını və bu qətnamənin 21 mart gününü Beynəlxalq Novruz Günü olaraq elan etdiyini bildirmişdir. Səfir E.Həsənov həmçinin Novruz bayramı qeyd olunan dövlətlərin Novruzla bağlı mədəni irsin və ənənələrin qorunması və inkişafı istiqamətində apardığı işləri alqışlamış, bu işlərin, eləcə də qeyd olunan bayramın mənşəyinin və tarixinin öyrənilərək beynəlxalq ictimaiyyətə tanıdılmasının vacibliyini vurğulamışdır. Həmçinin, Rumıniyanın Azərbaycan Respublikasındakı və Türkmənistandakı sabiq Səfiri Tasin Cemil tədbir iştirakçılarına Novruz bayramı haqqında ətraflı məlumat vermişdir. Daha sonra tədbir iştirakçılarına Azərbaycan Dövlət Muğam Teatrının solisti Sədaqət Quluyeva və onu müşayiət edən musiqi qrupunun, həmçinin Rumıniyanın tanınmış musiqiçisi Marçel Pavelin iştirakı ilə bayram konserti təqdim olunmuşdur. Konsert proqramı və Azərbaycanın xalq mahnıları heyranlıqla izlənilmişdir. Tədbirdə Rumıniyanın Baş Naziri c-b Emil Bok, Parlament Sədrinin birinci müavini c-b İoan Oltean, Rumıniya Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri c-b Yulian Fota, digər yüksək səviyyəli rəsmilər, senator və deputatlar, tanınmış din, mədəniyyət və incəsənət xadimləri, Buxarest şəhərində akkreditə olunan xarici ölkələrin Səfirləri və diplomatları, iran azərbaycanlıları, türk və tatar toplumunun təmsilçiləri, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Ticarət Palatası, Rumıniyanın ictimai təşkilat və fondlarının üzvləri, ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin əməkdaşları, Rumıniyada yaşayan həmvətənlərimiz, o cümlədən bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, KİV nümayəndələri iştirak etmişlər. Həmçinin, müğənni Sədaqət Quluyevanın iştirakı ilə 20 mart tarixində Rumıniyada yaşayan İran azərbaycanlıları ayrıca olaraq Novruz Bayramı ilə bağlı təntənəli tədbir keçirmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA