Kerri və Lavrov Qarabağı müzakirə etdi - Rusiyadan rəsmi reaksiya

img

04-04-2016 [20:34]


Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri Dağlıq Qarabağda olan son vəziyyəti telefonla müzakirə ediblər. Kerri və Lavrov regionda hərbi əməliyyatları dayandırmağa çağırıblar.

Strateq.az bildirir ki, bu barədə Rusiya XİN açıqlama yayıb.

Açıqlamada deyilir ki, xarici siyasət idarəsinin rəhbərləri Dağlıq Qarabağda hərbi gərginlikdən ciddi narahat olduqlarını bəyan ediblər və hərbi əməliyyatların dərhal dayandırılması çağırışlarını təsdiqləyiblər.

 "ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin-ABŞ, Rusiya və Fransanın səylərini aktivləşdirmək qərara alınıb. Kerri və Lavrov Qarabağ ətrafında münaqişəni qızışdırmaq istəyən ayrı-ayrı "kənar oyunçuların” cəhdlərini pisləyiblər”,-deyə məlumatda vurğulanıb.

  Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA