"Azərbaycan pulları ilə xaricdə bəslədiyiniz övladlarınıza tapşırıq verin ki..." - MMP-dən müraciət

img

04-04-2016 [20:00]


MMP mətbuat xidmətindən Mia.az müraciət daxil olub. 

Müraciəti təqdim edirik: "Müasir Müsavat Partiyası xaricdə yaşayan soydaşlarımıza, diaspora üzvlərinə, xaricdəki səfirliklirəmizə müraciət edərək bildirir ki, ermənilərin bu gün Azərbaycan torpaqlarında öz çirkin əməllərini davam etdirməsini, onlar tərəfindən atəşkəsin pozulmasını həyasızcasına Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Rusiyanın və dünyanın bir sıra informasiya vasitələri tərəfindən erməni işğalçılarının bu iyrənc əməllərini yenidən Azərbaycan tərəfindən törədilməsi təbliğ edilərək dünya ictimaiyyətini çaşdırmaq istəyirlər.
Əziz xaricdə yaşayan həmvətənlərimiz, ziyalılarımız, soydaşlarımız, hər biriniz yaşadığımız dövlətlərdə yığışıb mətbuat konfransı keçirməklə, xarici mətbuatda çıxış etməklə, erməni işğalçılarını ifşa etməklə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə düzgün çatdırmaq olar. Sizdən cəsarət tələb edirik. Əliniz çatan dairələrdə Azərbaycan həqiqətlərinin yayılmasını xahiş edirik.
5-ci kolon üzvlərinədə səslənirik, bu ağır günlərdə kin-küdurəti kənara qoyub real olaraq ölkə prezidentimizin tapşırıqlarını yerinə yetirin. Üzdə bir, arxada bir başqa məkrli niyyətlərinizi dayandırın. Azərbaycan pulları ilə xaricdə bəslədiyiniz övladlarınıza tapşırıq verin ki, bu dar gündə Azərbaycanın xeyrinə dövlətlərdə müəyyən işlər görsünlər.
Biz MMP-nin yüz minlik üzvləri adından ölkə prezidenti cənab İlham Əliyevə həm ideoloji baxımdan, həm də hərbi sahədə bütün gücümüzlə kömək etməyə hazırıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA