Azəriqızı Günelə 4,5 ilə qədər həbs cəzası verilə bilər

img

20-03-2010 [05:11]


Türkiyədə yaşayıb fəaliyyət göstərən Azəriqızı Günel məhkəməyə verilib. Haberturk.com-un məlumatına görə, müğənninin hazırda Ebru Gündəşlə evli olan keçmiş sevgilisi, azərbaycanlı iş adamı Rza Zərrab aralarında olan telefon danışıqların onun razılığı olmadan internetdə yayımladığı üçün iddia qaldırıb. İstanbulun Şişli Prokurorluğu tərəfindən hazırlanan ittihamnamədə Günelin ?Xəbərləşmənin gizliliyini pozmaq?, ?Şəxslər arasındakı danışıqlara qulaq asmaq və lentə almaq? və ?Şəxsi həyatın gizliliyini pozmaq? maddələri ilə 4,5 ilə qədər həbs cəzası istənib. Qeyd edək ki, Günel haqqında bir müddət əvvəl də Rza Zərrabı təhdid etdiyi üçün iki ilə qədər həbs cəzası istənilib. Bununla Bağlı iddia qaldırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA