"Əgər ermənilər atəşi davam etdirsələr..." - Prezident köməkçisi

img

03-04-2016 [15:28]


Prezidentin köməkçisi Əli Həsənov Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərimizdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırmasına münasibət bildirib. 

CNN TÜRK-ə açıqlama verən Əli Həsənov bildirib ki, Azərbaycan tərəfi dünəndən bəri atəşi dayandırıb: "Əgər ermənilər atəşi davam etdirsələr, Azərbaycan da özünü müdafiə edəcək. Çünki, təmas xəttindəki ərazilərin hər biri Azərbaycan kəndləridir. Müharibədə belə vəziyyətlər olur, amma Ermənistanın törətdiyi təxribat çox böyükdür. Azərbaycan özünü müdafiə edir”.

cebhe.info


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA