“Azərbaycan əsgərinin qəhrəmanlığı sadəcə söz deyil” - İsa Qəmbər

img

03-04-2016 [10:25]


"2 apreldə baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının Vətən və Torpaq kimi yüksək dəyərlər uğrunda birliyi və fədakarlığı sadəcə söz deyil, Gerçəklikdir”.

Bu sözləri Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər cəbhədəki vəziyyətə münasibəti zamandı qeyd edib.

"Bu hadisələr bir daha sübut etdi ki, Azərbaycan istər siyasi, istərsə də hərbi yolla öz ərazi bütövlüyünü bərpa etməyə qadir və layiqdir. Yetər ki, Moskvanın Cənubi Qafqaza müdaxiləsi aradan qaldırılsın, Rusiya özünün çoxsaylı problemləri ilə məşğul olsun. Tanrı Şəhidlərimizin ruhunu şad eləsin!
Tanrı Azərbaycanımızı qorusun!”,-deyə İsa Qəmbər vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA