"ATƏT-in sədrinin bəyanatı qənaətbəxş deyil" - Deputatdan etiraz

img

02-04-2016 [23:29]


"Almaniyanın xarici işlər naziri, hazırda ATƏT-ə sədrlik edən Frank Ştaynmayer təmas xəttində atəşkəsin pozulması ilə əlaqədar verdiyi bəyanat qənaətbəxş sayıla bilməz".

Mia.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı, ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev bildirib.

A.Quliyevin sözlərinə görə, nazir tərəfləri atəşkəsə əməl etməyə və Minsk qrupu çərçivəsində danışıqları davam etdirməyə çağırmaqla öz işini yekunlaşdırmamalıdır. ATƏT sədri indi qətiyyət nümayiş etdirməli və Ermənistanı işğal etdiyi Azərbaycanın ərazilərindən çıxmağa çağırmalıdır.

Onun sözlərinə görə, Ştaynmayer üçün ATƏT-in Minsk Konfransını təcili çağırmaq və problemin həlli istiqamətində bütün səyləri birləşdirmək üçün ciddi əsas yaranıbdır. ATƏT sədri cəbhə bölgəsindəki gərgin vəziyyəti, Ermənistanın törətdiyi təxribatı və hadisələrin sonrakı gedişatını düzgün qiymətləndirməli və adekvat addımlar atmağı bacarmalıdır.

A.Quliyevin fikrincə, bugünkü hadisə bir daha onu sübut etdi ki, Azərbaycan xalqı və ordusu torpaqlarının işğalda qalması ilə heç zaman barışmayacaq və ərazilərimiz gec-tez düşmən tapdağından azad olacaqdır. Bu reallığı ATƏT-də, Ermənistan da tam olaraq dərk etməlidir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA