"Əsgərlərimizin bütün maneələri aşacağına inancım böyükdür" - Deputat

img

02-04-2016 [17:45]


"Tərtər və Adam bölgəsində gedən döyüşlərdə ordumuzun mübarizəsini hamımız birlikdə canı-könüldən, dualarımızla dəstəkləyirik".

Mia.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, bu yerlərdə hərbi-strateji mövqelərldə irəliləmə relyefə görə çətindir:

"Bununla belə əsgərlərimizin fədakarlığı ilə bütün maneələri aşacağına inancım böyükdür. Cəbhə xəttindən verilən xəbərlərdə hansısa panika yaradacaq davranışlardan çəkinməklə yanaşı, real olmayan xəbərlərlə süni ruh yüksəkliyi yaratmaqdan da uzaq durmaq lazım. Tam dəqiqləşdirilmiş rəsmi məlumatlardan sonra hansısa mövqenin ələ keçirilməsini bildirmək, sevinclə status və ya xəbər paylaşmaq daha doğru addım olardı məncə. İlkin informasiyaya görə 12 şəhidimiz var, Allahdan onlara rəhmət diləyirəm, yaralı əsgərlərimizə və mülki vətəndaşlara da şəfa diləyirəm. 

Allah ordumuzu müzəffər etsin!".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA