Sərdar Cəlaloğlu Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

img

19-03-2010 [03:23]


Azərbaycan Demokrat Partiyasının sədri (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib. Təbrikin tam mətni: ?H?rmətli soydaşlarım! Novruz bayramı münasibəti ilə sizi təbrik edir, ölkəmizə əmin-amanlıq, ailələrinizə rifah, hər birinizə can sağlığı və xoşbəxtlik arzu edirəm. Novruz təmizlik, paklıq, yeniləşmə, yardımlaşma bayramıdır. Novruz bayramı həm də xalqımızın tarixindən gələn ənənə və adətləri ilə əlamətdardır. Belə ki, bu bayram zamanı insanlar bir-biriləri ilə ünsiyyəti artırır, küsülülər barışır, bütün pisliklər keçmişdə saxlanılır və yeni dövrə hamı yaxşı əməllərlə başlamağa çalışır. Təəss?f ki, artıq 20 ilə yaxın bir müddətdə xalqımız bu bayramı b?t?n ?lkə boyu ke?irə bilmir. Qonşu Ermənistanın təcav?z? nəticəsində Azərbaycanın işğal altında olan ərazilərində xalqımız Novruz tonqalları yandıra, həmin b?lgənin əhalisi isə ?z doğma evlərində bu m?qəddəs bayramı qeyd edə bilmirlər. Biz vəziyyətin bu c?r davam etməsindən ?ox narahatıq və bir siyasi partiya olaraq Azərbaycanın ədalətli mövqeyinin müdafiəsi ilə əlaqədar əlimizdən gələni etməyə çalışırıq. H?rmətli soydaşlarım! Bu bayram təkcə Azərbaycan Respublikasının vətəndaşlarının deyil, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla Azəri qardaşlarımızın bayramıdır. Ona görə də mən bütün dünya azərbaycanlılarını bu bayram münasibəti ilə təbrik edirəm, onlara birlik və milli haqlarımızın qorunması işində böyük uğurlar arzu edirəm. Novruz Bayramınız mübarək, əziz Azərbaycanlılar! Allah Azərbaycanımızı və sizləri qorusun!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA