MSK sədrinin müavini: "51 partiya illik maliyyə hesabatını təqdim edib"

img

01-04-2016 [17:44]


Mərkəzi Seçki Komissiyasına (MSK) 2015-ci il üzrə maliyyə hesabatını dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan 51-i təqdim edib.

Bu barədə "Report"a MSK sədrinin müavini Natiq Məmmədov məlumat verib.

O, digər 4 siyasi partiyanın da hesabatlarını təqdim edəcəklərini gözlədiyini deyib: "2014-cü il üzrə maliyyə hesabatını təqdim etməyən 4 partiyadan 2-si hesabat verib. Bu il üzrə də 4 siyasi partiya hesabat verməyib. Yəqin ki, onlar da hesabatlarını təqdim edəcəklər".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA