Zakir Həsənov türk nazirlə Qarabağdakı durumu müzakirə etdi

img

02-04-2016 [21:49]


Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz və Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar ilə işğal olunmuş ərazilərimizdə baş vermiş hadisələri və burada yaranmış vəziyyəti telefonda müzakirə ediblər.

Mia.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, danışıqlar zamanı Türkiyə tərəfi Azərbaycanın tam haqlı mövqedə olduğunu bir daha vurğulayıb və ölkəmizə dəstək olduğunu qətiyyətlə ifadə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA