Polat Alemdara Azərbaycana gəldiyi üçün 250 min manat veriləcək

img

19-03-2010 [02:16]


?Kurtlar Vadisi? serialının qəhrəmanları Azərbaycana gəlib. Amma bir çoxlarının iddia etdiyi kimi kino çəkməyə deyil, əyləncə yaşatmağa. Verilən məlumata görə Polat Alemdar obrazının ifaçısı Necati Şaşmaz və difər aktyorlar Bakıya yüksək vəzifəli bir məmurun şəxsi dəvəti ilə gəliblər. Elə hava limanında da həmin məmurun cangüdənlərinin mühafizəsi altında Qəbələyə yola düşən Türkiyə kino ulduzları Novruz bayramı günlərində mötəbər qonaqlara əyləncə dolu anlar yaşadacaq, bayram gecəsini yaddaqalan edəcəklər. Həmin gecəyə bəzi türk pop ulduzlarının da dəvət edildiyi xəbər verilir. Bu dəfəki gəlişinə görə təkcə Polat Alemdara 250 min manat qonorar veriləcək. Qeyd edək ki, Necati Şaşmaz bundan qabaq da bir neçə dəfə belə əyləncəli gecələrdə iştirak edib və həmin tədbirlərdən kadrlar mobil telefonlarda yayımlanıb. Show-biznes.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA