Əli Əhmədov: "Ermənistan xidmətində dayandığı beynəlxalq güclərin tələblərini yerinə yetirir"

img

19-03-2010 [12:22]


?Bütövlükdə Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri erməni şovinizminin, Ermənistanın aqressiv, təcavüzkar niyyətinin təzahürü olsa da, ondan heç bəlkə də az olmayan dərəcədə Qafqaz bölgəsində maraqlı olan beynəlxalq güclərin iştirakının və niyyətlərinin əksidir. Ona görə də, etiraf etmək lazımdır ki, Ermənistan münaqişədə bu günə qədər ayrı-ayrı dövlətlərin maraqlarının ifadəçisi və yaxud həmin maraqların həyata keçirilməsində vasitəçisidir?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov deyib. Əli Əhmədov bildirib ki, bu gün də Ermənistan həmin mövqeyini açıq şəkildə ortaya qoyur. Münaqişənin nizama salınması ilə əlaqədar bu və digər təkliflər ortaya çıxanda Azərbaycan özünün mövqeyini dövlətçilik maraqlarından çıxış edərək ortaya qoyduğu halda, Ermənistan rəhbərliyi dövlətçilik maraqlarından çıxış etmək imkanlarına malik olmadığından, daha çox xidmətində dayandığı beynəlxalq güclərin tələblərinə uyğun olaraq ?öz missiyasını? yerinə yetirməyə məcburdur. Onun sözlərinə görə, Ermənistanın iqtisadiyyatının əksər hissəsinin özünə yox, başqa bir dövlətə məxsus olduğu heç kimə sirr deyil. Ermənistanın həyata keçirdiyi xarici siyasət də başqalarının diqtəsi ilə müəyyənləşir. ?Bütün bunlar Ermənistan rəhbərliyinin addımlarında sərbəst olmadığını sübuta yetirən bir dəlildir. Amma digər dəllillər də var ki, bu da Ermənistandan kənarda olan bəzi ölkələrdə ciddi təsir rıçaqlarına malik erməni diasporunun hadisələrə, proseslərə böyük maraqları baxımından təsir göstərmək istəkləridir. Bu təsir də əhəmiyyətli dərəcədə Ermənistanın siyasətində özünün əksini tapır. Beləliklə də, ən azından iki amil Ermənistanın münaqişənin ədalətli şəkildə həll olunması ilə əlaqədar ortaya çıxan təkliflərə münasibətini müəyyənləşdirməkdə həlledici rol oynayır? deyə YAP-ın Sədr müavini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA