Azərbaycanlı mühacirin isveçdə kitabı çıxıb

img

19-03-2010 [12:03]


İsveçdə mühacir həyatı yaşayan Müsavat Partiyasının üzvü Telman Verdiyevin ?Azərbaycanda Demokratiya-Antidemokratiya dərsləri? adlı kitabı nəşr olunub. Öz dilimizdə buraxılan kitabda üç bölümdən ibarətdir: birinci hissədə müəllif demokratiyanın tarixindən başlayaraq Azərbaycan seçki qanunvericiliyini Avropa dövlətlərinin qanunvericiliyi ilə müqayisəsini aparır. Eyni zamanda, Azərbaycanın Rusiya tərəfindən işğalı, 1918-20-ci illərdə qurulan ADR-in siyasi sistemindən, parlamentdəki fraksiyalardan, Qarabağ münaqişəsini doğuran səbəblər, Xocalı faciəsindən və son 15 ildə keçirilən seçkilərdən bəhs edir. Xüsusən də seçkilərdəki saxtakarlığa faktlarla geniş yer ayrılıb. ?Demokratiya-anti demokratiyaya fəlsəfi baxış? adlanan ikinci bölümdə müəllif demokratiyanın fəlsəfi qatlarını açmağa çalışıb. Nəhayət, üçüncü bölüm olan ?Azərbaycanda demokratik ictimai dövlət xadimləri və ziyalılar? bölümündə Məhəmməd Əmin Rəsulzadə, Səttarxan, Seyid Cəfər Pişəvəri, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əbülfəz Elçibəy və İsa Qəmbərin ictimai-siyasi görüşləri ilə bərabər fəaliyyətlərindən də söz açılıb. Telman Verdiyevin bildirdiyinə görə nəşr mühacirətdə olan azərbaycanlılar üçün nəzərdə tutulub və gələcəkdə Avropa dillərinə tərcümə olunması nəzərdə tutulur. Qeyd edək ki, Telman Verdiyev 2003-cü il hadisələrindən sonra Azərbaycandan mühacirət etmişdir, hazırda Stokolmda yaşayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA