Arzuxan Əlizadəyə AMiP adından danızmaq səlahiyyəti verilib

img

19-03-2010 [01:01]


Bu gün AMİP-in Siyasi Şurasının iclası keçirilib. Iclasda gündəlikdə duran məsələlər haqqında geniş və hərtərəfli müzakirələr aparılıb və Qurultayın hazırlanması və həyata keçirilməsi üçün AMİP Siyasi Şurasının üzvü Arzuxan Əlizadənin sədrliyi ilə Təşkilat Komitəsi yaradılması qərara alınıb. Partiyanın baş katibi və sədr əvəzi Fuad Muxtarovla bərabər, Siyasi Şura Arzuxan Əlizadəyə də Qurultaya qədərki dövrdə partiya adından danışmaq səlahiyyəti verib. AMİP Siyasi Şurası ölkədəki mövcud sosial-iqtisadi durumu qeyri-qənaətbəxş hesab edərək, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yaranmış vəziyyəti Azərbaycanın milli maraqlarına ciddi təhdid kimi dəyərləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA