Mərkəzi Seçki Komissiyasının əməkdazı Osloda elektron səsvermə ilə bağlı beynəlxalq tədbirə qatılıb

img

18-03-2010 [04:01]


Mart ayının 18-də və 19-da Oslo şəhərində Avropa Şurası və Norveçin Yerli Hakimiyyətlər və Regional İnkişaf Nazirliyi tərəfindən ?Elektron səsvermənin tətbiq edildiyi seçkilərin müşahidəsi? mövzusunda seminar keçirilir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, seminarın keçirilməsində məqsəd elektron səsvermənin tətbiq olunduğu seçkilərin müşahidə edilməsi üzrə standart və qaydaları özündə birləşdirən layihənin hazırlanmasıdır. Yeri gəlimişkən, qeyd etmək lazımdır ki, elektron səsvermənin tətbiq edildiyi seçkilərin müşahidəsi ilə bağlı keçirilən bu seminar müxtəlif ölkələrdən olan mütəxəssislərin bir araya gəldiyi ilk yığıncaqdır. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası da bu seminara qatılır və tədbirdə Komissiyanı Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov təmsil edir. Xatırladaq ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2003-cü ildən etibarən müzakirəsinə başlanılmış elektron səsverməyə dair standartların işlənib hazırlanmasında da iştirak etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA