ilham Rəhimov beynəlxalq forumda iztirak etmək üçün Buxarestə gedəcək

img

18-03-2010 [03:55]


Qara və Xəzər dənizləri Beynəlxalq Əməkdaşlıq Fondunun aprel ayının 23-də Rumıniyanın paytaxtı Buxarest şəhərində beynəlxalq forumu keçiriləcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Rumıniya, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Ukrayna və Moldoviyanın elm və dövlət xadimlərinin qatılacağı bu beynəlxalq foruma həmyerlimiz, Azərbaycan Hüquqşünaslar İttifaqının sədri, hüquq elmləri doktoru, professor İlham Rəhimov da dəvət alıb. Məlumat üçün bildirək ki, Qara və Xəzər dənizləri Beynəlxalq Əməkdaşlıq Fondunun təsis olunmasında məqsəd yuxarıda adları çəkilən ölkələr arasında qarşılıqlı anlaşma və etimadı inkişaf etdirmək, dövlətlər arasındakı dostluq, ticari, iqtisadi, mədəni və elmi əlaqələri daha da möhkəmləndirməkdən ibarətdir. Onu da qeyd edək ki, İlham Rəhimov ötən ilin avqustunda həmin Fondun Direktorlar Şurasının qərarı ilə qurumun fəxri üzvü seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA