Müxalifət Dağlıq Qarabağın statusunun referendumla müəyyənləzməsini nəzərdə tutan prinsiplərdən imtina etməyi tələb etdi

img

18-03-2010 [03:45]


Azərbaycan müxalif siyasi partiyaları Dağlıq Qarabağın statusunun referendum yolu ilə müəyyən edilməsi ilə bağlı bəyanat verib. Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda deyilir. Azərbaycanın müxalif siyasi partiyaları ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasyenin Azərbaycan və Ermənistan tərəflərinə təqdim olunmuş Madrid prinsiplərində Dağlıq Qarabağın yekun statusunun münaqişədən əvvəl həmin ərazidə yaşamış insanlar arasında keçiriləcək referendum vasitəsilə müəyyənləşməsi ilə bağlı açıqlamasını və Azərbayjan Xarici İşlər Nazirinin Azərbaycanın yeniləşmiş Madrid prinsiplərini qəbul etməyə hazır olması ilə bağlı bəyanatını Azərbaycan Konstitusiyasına, Beynəlxalq hüquqa və Azərbaycanın milli maraqlarına zidd mövqe kimi dəyərləndirir. Azərbaycanın müxalif siyasi partiyaları bəyan edir ki, Azərbaycan Konstitusiyası Azərbaycanın ayrılıqda götürülmüş bir ərazisində referendum keçirilməsini qadağan edir və BMT-nin işğal haqqında qətnaməsinin tələblərinə görə işğalçı tərəf hər hansı bir şəkildə işğalın nətijələrindən bəhrələnə bilməz. Müxalifət partiyaları Dağlıq Qarabağın statusunun Dağlıq Qarabağda keçirilən referendumla müəyyənləşməsi təklifini antikonstitusion və beynəlxalq hüquqa zidd təklif kimi qəbul edir və bu təklifi Dağlıq Qarabağın Azərbaycandan qoparılması mexanizmi kimi dəyərləndirir və hakimiyyətdən qəti olaraq tələb edir ki, yaxın günlərdə Azərbayjan hakimiyyəti Dağlıq Qarabağın statusunun Dağlıq Qarabağda keçiriləcək referendumla müəyyənləşməsini nəzərdə tutan prinsiplərdən imtina etsin. Dağlıq Qarabağın yekun statusunun referendum yollu ilə həlli səyləri davam etdiriləjəyi təqdirdə, Azərbayjanın müxalifət partiyaları Azərbayjanın ərazi bütövlüyü və suverenliyinə qarşı yaranmış real təhlükəni nəzərə alaraq, Azərbaycan xalqını etiraz aksiyalarına çağıracağını bəyan edir. Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Jəbhəsi Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbayjan Liberal Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ümid Partiyasının rəhbərləri bəyanatı imzalayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA