Qənimət Zahidin azadlığa buraxılmasında Mirzə Sakitin rolu

img

18-03-2010 [01:14]


Məlum olduğu kimi, ?Azadlıq? qəzetinin baş redaktoru Qənimət Zahid prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına əsasən azadlığa buraxılıb. Qeyd edək ki, bütün media əhlini sevindirən əfv sərəncamı imzalanmamışdan öncə bir sıra mətbu orqanlarda Qənimət Zahidin əfv olunacağı ilə bağlı məlumatlar verilirdi. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, sərəncamdan öncə belə bir informasiyaların dolaşması da əsassız olmayıb. Belə ki, son dövrlər Qənimət Zahidin bir müddət öncə azadlığa buraxılan qardaşı satirik şair Mirzə Sakitin bu istiqamətdə ciddi səy göstərdiyi bildirilir. Aldığımız məlumata görə, Mirzə Sakit bəzi millət vəkilləri, nüfuzlu ictimaiyyət adamları və sözükeçən şəxslərlə görüşərək qardaşının azadlığa buraxılması üçün lazımi addımları atmalarını istəyib. MİA-nın əməkdaşı bu günlərdə Mirzə Sakiti millət vəkili Qüdrət Həsənquliyevin qəbulunda görüb. Onun millət vəkili ilə Qənimət Zahidin azadlığa buraxılması məsələsi ilə bağlı söhbətləşdiyi bildirilir. Görünür, Mirzə Sakitin bu səyləri və nəticəsiz qalmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR