Ərdoğanın səfəri təxirə salındı - İlham Əliyev təcili Ankaraya gedir

img

14-03-2016 [20:59]


Türkiyə prezidenti Rəccəb Tayyib Ərdoğan Bakı səfərini növbəti dəfə təxirə salıb.

"Qafqazinfo”ya daxil olan məlumata görə, bununla bağlı olaraq Azərbaycan prezidenti İlham Əliyev sabah Ankaraya gedəcək.

İlham Əliyevin sədrliyi ilə keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının da məhz Türkiyə paxtaxtında baş tutacağı planlaşdırılır.

Qeyd edək ki, səfər dünən Ankarada baş verən dəhşətli terror aktına görə təxirə salınıb. Faciə zamanı 37 nəfər ölüb, 125 nəfər yaralanıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA